Vətənə dövlətinə sədaqət nümunəsi -İş adamı Vüqar Sədizadə

Vətənə dövlətinə sədaqət nümunəsi -İş adamı Vüqar Sədizadə

Hər bir dövlət və xalq xoşbəxt gələcəyə  şərəfli, mərd, işgüzarlığı ilə seçilən , vətənin hər qarış torpağını sevən övladlarının sayəsində addımlayır. Azərbaycanımızın belə övladlarından biri də vətənpərvərliyi, mərdliyi və  işgüzarlığı ilə hər zaman seçilən iş adamı Vüqar Sədizadədir. 44 günlük Vətən Mühariəsində arxa cəbhədə Azərbaycan Ordusuna çoxsaylı yardımları ilə tanınan Vüqar Sədizadə ilə bağlı son günlər mətbuatda xoşəgəlməz yazılar dərc edilir. Yaşadığı evi sataraq Milli Ordumuzun yardım fonduna keçirən və dövlətini, vətənini canında çox sevən Vüqar Sədizadə haqqında yazılan cızma-qaralar ürək ulandırmaqdan başqa heçbir işə yaramır. Haqqında bəhs etdiyimiz, iş adamı Vüqar Sədizadə məhz 44 günlük Vətən Müharibəsində etdiklər ilə əsl xalq sevgisini qazanmış və bu gündə  xeyirxah əməllərindən geri qalmır. 
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Vüqar Sədizadə onu tanıyan hərkəsin yanında sayılı, seçilən gənc iş adamlarında biridir.
Bəzi media orqanlarında Vüqar Sədizadə haqqında yazılanlara sadəcə paxıllıq hissindən yaranmış qərəz kimi baxmaq olar. Çünki iş adamı Vüqar Sədizadənin uğurları, vətənpərvərliyi, insanlar tərəfindən sevilməyi bəzi paxıl şəxslərin yuxusunu ərşə çəkib. 
Ulu Öndər Heydər Əliyevin və onun bu  layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti birmənalı dəstəkləyən Vüqar Sədizadə dövlət ərkanında hörməti ilə sayılıb seçilir.

AAAF yaşayış kompleksinin girişində Ümumilli Liderin güşəsi bərpa edildi

Yaşayış kompleksinin girişində Ümumilli Lider Heydər Əliyevin güşəsi yeni dizaynda bərpa edilib. 
AAAF Park rəhbərliyi bildirmişdi ki, yaşayış kompleksinin girişində yerləşən köhnə tikilinin yenilənməsi və daha müsair standartlara cavab verəcək vəziyyətə gətirilməsi ilə əlaqədar Ulu öndər Heydər Əliyevin güşəsinin yeri dəyişdirilərək yenidən daha böyük formatda quraşdırılır. Artıq güşənin yerinin dəyişdirilməsi və işlərin tamamlanma hissəsi başa çatıb. Dünəndən AAAF Park yaşayış kompleksinin girişində Ümummilli Lider Heydər Əliyevin güşəsi açılıb.


Tarix: 3-03-2025, 19:49


Bölməyə aid digər xəbərlər