
Azərbaycan Texniki Universitetinin dosenti, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Olimpiya dərəcəli beynəlxalq hakim Nizami Məhəmmədəli oğlu Əhmədzadənin vəfatı böyük hüzn və kədər hissi ilə qarşılanıb.
Ömrünün mühüm hissəsini elmə, təhsilə və idmana həsr edən Nizami müəllim uzun illər ərzində pedaqoji fəaliyyəti, zəngin biliyi və peşəkarlığı ilə seçilib. Onun yetişdirdiyi tələbələr, idman sahəsində qazandığı nüfuz və insanlarla qurduğu səmimi münasibətlər Nizami müəllimin xatirəsini yaşadacaq ən dəyərli mənəvi irsdir.
Mərhumun yeznəsi Hacı Bəxtiyar, qohumları və qonşuları, eləcə də Qanuninfo.az saytının rəhbərliyi və kollektivi Nizami Əhmədzadənin vəfatından dərin kədər hissi keçirdiklərini bildirir, mərhumun ailəsinə, doğmalarına, yaxınlarına, həmkarlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verirlər.
Allah Nizami müəllimə rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun. Uca Allah ailəsinə və bütün doğmalarına səbir versin.
Nizami müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.