12:14 / 28-01-2025
Baş nazir QƏRAR İMZALADI
Şəhid ailələri hər zaman Müstəqim Məmmədovdan öz razılıqlarını bildirirlər

Rayon rəhbəri Evoğlu kəndində Birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Səyavuş Allahverdiyevin anası Mərziyə Allahverdiyevanın yas mərasimində iştirak edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Evoğlu kəndində Birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Allahverdiyev Səyavuş Məhəmməd oğlunun anası Allahverdiyeva Mərziyə Məmməd qızının yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.

Qeyd edək ki, Səyavuş Allahverdiyev Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin iyul ayında düşmənin atdığı mərmi nəticəsində yaralanaraq ordu sıralarından ehtiyyata buraxılmışdır.

Səyavuş Allahverdiyevə döyüşlərdə aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmişdir.

Mərhumun yaxınları şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



İcra başçısı İsmayılbəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Şəmil Quliyevin anasının yas mərasimində iştirak edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun İsmayılbəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Quliyev Şəmil Əli oğlunun anası Quluyeva Adilə Abış qızının yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.

Qeyd edək ki, şəhid Quliyev Şəmil Əli oğlu 1972-ci il yanvar ayının 19-da Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1990-cı il may ayının 28-də keçmiş Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Sovetlər İttifaqının dağılması ilə əlaqədar həqiqi hərbi xidmətini yarımçıq qoyaraq doğma ismayılbəyli kəndinə qayıtmış və bir müddət kolxozda işlədikdən sonra fevral 1992-ci il tarixdən rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına təkrar hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi 703 saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 7-də Levonarx kəndi ətrafında gedən döyüşdə şəhid olmuşdur.

Evli idi. Şahin adlı bir oğlu var. İsmayılbəyli kənd qəbiristanlığında dəfn edilib.

Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Rayon rəhbəri Birinci Qarabağ müharibəsi şəhidi Asif Bayramovun qardaşının yas mərasimində iştirak edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhəri, Nizami küçəsində Birinci Qarabağ müharibəsi şəhidi Bayramov Asif Rəcəb oğlunun qardaşının yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.

Qeyd edək ki, şəhid Bayramov Asif Rəcəb oğlu 1956-cı il aprel ayının 16-da Tərtər şəhərində anadan olmuşdur. Orta təhsilini şəhər 1 nömrəli orta məktəbində almışdır. Sonra Bakı şəhərində 64 nömrəli Orta Texniki Peşə məktəbində oxumuşdur. 1975-1977-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ uğrunda müharibə başlanan vaxt rayon Uşaq Xəstəxanasında texniki işçi İşləyirdi. Xocalı soyqırımından sonra erməni faşistlərindən qisas almaq üçün könüllü olaraq Milli Orduya yazılmışdır. 1992-ci il may ayının 11-də Ağdərə bölgəsinin Marquşovan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Evli idi. Adil adlı bir oğlu, Kəmalə və Lalə adlı iki qızı yadigar qalıb. Tərtər şəhər qəbiristanlığında dəfn edilib.

Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


Tarix: 21-08-2024, 12:18


Bölməyə aid digər xəbərlər