Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qobustan qəsəbəsində səyyar qəbulu keçirilmişdir
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qobustan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Qəbulda Qobustan qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 60-a yaxın qəsəbə sakinləri iştirak etmişdir.
Sakinlərdən 9 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin ölkəmizdə qəbul edilməsinin gözlənildiyini bildirərək, qeyd etmişdir ki, həmin ərəfədə ölkəyə səfər edən qonaqların bir çoxu rayonumuza səfər edərək, rayonun tarixi abidələrini, o cümlədən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu, Karvansarayları, övdanları ziyarət edəcəklər. Bu səbəbdən də rayon ərazisində geniş abadlıq quruculuq işləri aparılmaqdadır. Əhali arasında ekoloji və sanitar normaların riayət olunmasına diqqət yetirilməli, bu istiqamətdə maarifləndirici işlər geniş aparılmalıdır.
Bundan əlavə Qərbi Azərbaycan İcmasının işindən geniş söz açdı. Başçı Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyası binasının açılışı olduğunu qeyd edərək bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 200 ildə mərhələli şəkildə öz el-obasından deportasiya edilən azərbaycanlılar, Qərbi Azərbaycanda məhv edilən Azərbaycan irsi barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmağa istiqamətlidir. Bu işdə əhalinin yaxından iştirak etməsini xahiş edərək, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan Televiziyasının sosial şəbəkələrdə olan profillərinin izlənilməsi, orada paylaşılan materialların bəyənilməsi və paylaşım edilməsininin vacib olduğunu vurğuladı.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.
Məhəmmədov Abış Əsgər oğlunun cəsədinin qalıqları 31 ildən sonra Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə gətirilib
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Məhəmmədov Abış Əsgər oğlunun cəsədinin qalıqları 31 ildən sonra Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə gətirilib. 04.06.2024-cü il tarixində şəhidlə vida mərasimi keçirilir.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər. Şəhid Qaradağ rayonu, Qızıldaş qəsəbəsində Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Məhəmmədov Abış Əsgər oğlu 1974-ci il martın 3-də anadan olub. Abış Məhəmmədov 30 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb. Şəhidin meyitinin qalıqları bir qədər əvvəl Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb.
2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb. Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Məhəmmədov Abış Əsgər oğlu məxsus olduğu təsdiqlənib.
Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir
Bölməyə aid digər xəbərlər