
Kanal7.az xəbər verir ki, iyulun 2-si ölkəmizdə yüksək ehtiramla qeyd edilən Azərbaycan Polisi Günüdür. Bu il hüquq-mühafizə orqanlarımızın yaranmasının 107-ci ildönümüdür. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı tarixi Fərmana əsasən təsis olunan bu əlamətdar gün, hər il Azərbaycan polisinin cəmiyyət və dövlət üçün göstərdiyi fədakar xidmətin təntənəli şəkildə qeyd olunmasına çevrilib.
Bu münasibətlə Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Emin Musayevi səmimi qəlbdən təbrik edirik!
Emin Musayev peşəkar hüquqşünas və təcrübəli yol polisi zabiti kimi uzun illərdir ki, vətənə sədaqətlə xidmət edir. Onun rəhbərlik etdiyi bölmə Bərdə rayonunda nəqliyyat təhlükəsizliyinin təmin olunması, yol hərəkəti qaydalarına riayət olunması və sürücülərlə maarifləndirici işlərin təşkili sahəsində nümunəvi fəaliyyət göstərir.
Xüsusilə qeyd olunmalıdır ki, Emin Musayev yol təhlükəsizliyi sahəsində yalnız inzibati tədbirlərlə kifayətlənməyərək, həm də ictimaiyyətlə sıx əməkdaşlıq edən, maarifləndirici görüşlər və tədbirlər keçirən, insanlarla ünsiyyətə açıq olan bir idarəçilik modeli qurmuşdur. Onun təşəbbüsü ilə rayonda yol hərəkəti iştirakçılarının – həm sürücülərin, həm piyadaların hüquqi biliklərinin artırılması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün davamlı layihələr həyata keçirilir.
Emin Musayevin fəaliyyəti yalnız idarəetmə bacarığı ilə deyil, eyni zamanda səmimiyyəti, prinsipial mövqeyi, vətəndaşlarla nəzakətli davranışı və insanlara qarşı həssas münasibəti ilə də fərqlənir. Onun rəhbərliyi dövründə Dövlət Yol Polisi bölməsi Bərdədə ictimai etimadın yüksək səviyyədə olduğu xidmət strukturuna çevrilmişdir.
Bu uğurlar, şübhəsiz ki, Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə daxili işlər orqanlarında aparılan köklü islahatların və müasir yanaşmaların Bərdə rayonunda da uğurla tətbiq olunmasının göstəricisidir. Nazirliyin strategiyasına uyğun olaraq, Dövlət Yol Polisi strukturunun da fəaliyyəti sürətlə yenilənməkdə, xidmət keyfiyyəti artırılmaqdadır.
Digər tərəfdən, ölkədə təhlükəsizlik və sabitliyin təmin olunması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə daxili işlər orqanlarının verdiyi töhfə əvəzsizdir. Bu siyasətin yerli səviyyədə icra olunmasında Emin Musayev kimi vicdanlı və vətənpərvər zabitlərin xidmətləri müstəsna rol oynayır.
Kanal7.az kollektivi adından polis mayoru Emin Musayevi Azərbaycan Polisi Günü münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, məsuliyyətli və şərəfli xidmətində uğurlar, yeni nailiyyətlər arzulayırıq.
Yaşasın Azərbaycan Polisi!
Yaşasın yol hərəkətində təhlükəsizliyi təmin edən fədakar və peşəkar zabitlərimiz!
Bölməyə aid digər xəbərlər