
2 iyul – Azərbaycan Polisi Günü ölkəmizdə qanunların keşiyində duran, vətəndaşların təhlükəsizliyini və cəmiyyətin sabitliyini təmin edən polis əməkdaşlarının şərəfli xidmətinə verilən dəyərin ifadəsidir. Bu il Azərbaycan polisinin 107 illik fəaliyyətinin tamamlandığı bir dövrdə, bu peşəyə həyatını həsr etmiş, yüksək nüfuz və etimad qazanan zabitlərdən biri də Qəbələ Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fəxrəddin Abbasovdur.
Fəxrəddin Abbasov daxili işlər orqanlarında keçdiyi uzunmüddətli peşəkar xidmət yolu ilə həm əməkdaşlar arasında, həm də vətəndaşlar tərəfindən hörmət və rəğbət qazanıb. Onun rəhbərliyi ilə Qəbələ RPŞ cinayətkarlığın qarşısının alınması, ictimai təhlükəsizliyin təmin olunması və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində yüksək nəticələrə nail olub. Bu nəticələr isə yalnız rəqəmlərlə deyil, insanların gündəlik həyatında hiss edilən sabitlik və əmin-amanlıqla ölçülür.
Cənab Abbasovun rəhbərlik üslubunda insana və insan hüquqlarına verilən dəyər, şəffaflıq, ədalətli qərar və vicdanlı xidmət mühüm yer tutur. O, polis-vətəndaş münasibətlərində qarşılıqlı hörmətə, güvənə və açıq dialoqa xüsusi önəm verir. Məhz bu yanaşma nəticəsində Qəbələdə polisə olan ictimai inam ildən-ilə daha da artır.
Kanal7.az kollektivi olaraq Fəxrəddin Abbasovu bu əlamətdar gün münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, dövlətə və xalqa sədaqətli xidmətində uğurlar arzulayırıq. Azərbaycan polisinin simasında belə rəhbərlər olduğu müddətcə, hüquq və təhlükəsizlik daim qorunacaqdır.
Bölməyə aid digər xəbərlər