
Gəncə şəhərindən təxminən 7 kilometr şimalda yerləşən İmamzadə məscidi Azərbaycanın mötəbər və məşhur dini ocaqlarından sayılır. “İmamzadə” məscidi (“Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi də tanınır) 14-cü əsrdən tikilməyə başlamış, müəyyən mərhələlərlə beşinci imam Məhəmməd əl-Baqirin oğullarından birinin qəbri üzərində inşa edilmişdir. Üstündən illər keçəndən sonra bu ziyarətgah türbəyə, daha sonra isə kompleksə çevrilmişdir. Uzun müddət ərzində ərazidə qala divarları ilə əhatələnmiş bir sıra məscid və karvansaralar dağıntılara məruz qalmışdır. 2010-2016-cı illərdə kompleks yenidən və əsaslı bərpa edilmişdir.
Biz Gəncə İmamzadə cümə məscidində olduq. Düzü cox acınacaqlı vəziyyət idi. İlk öncə gözümüzə dəyən Azarbaycanmizin rəmzi olan üc rəngli bayragımız oldu. Təssüflər olsun ki, bayragımızın ləkəli və cırıq olmasi bizi kədərləndirdi, o müqəddəs bayraga bükülüb gələn şəhidlərimizin agrı-acısı qəlbimizi göynətdi. Hətda bayraqmizi belə tərsinə asmışdılar. Şəhidlərimizin ruhuna yasini iki manata oxuyurdular, buna görə də bayraq yaddan cıxmışdı, deyir molla plovu gördü, quran yaddan cıxdı... Bunu İmamzadə dini kompleksinin baş axundu Hacı Tahir Abbaszadədən soruşmaq lazımdı. Dövlət bayragımıza, şəhidlərimizə belə münasibət nə deməkdir.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.