20-dən çox ölü, 60 yaralı - ABŞ-də qanlı basqın - FOTO/VİDEO

20-dən çox ölü, 60 yaralı - ABŞ-də qanlı basqın - FOTO/VİDEO

Amerikanın Lyuiston şəhərində baş verən silahlı basqın nəticəsində onlarla insan yaralanıb.

40 yaşlı Robert Kardın restoran, mağaza və əyləncə mərkəzində insanlara atəş açdığı bildirilib.

Men Ştat Polisi adı çəkilən şəxsi müəyyən etdiklərini, lakin onu şübhəli kimi tanımağa hələ hazır olmadıqlarını söyləyib.
Yerli media Kardın psixi sağlamlıq problemləri olan silah təlimatçısı olduğunu və əvvəllər oxşar hərəkətləri törətməklə hədələdiyini bildirib.

Hadisə nəticəsində 22 nəfər öldüyü, 60-nın isə yaralandığı deyilir.

Rəqəmlərin dəyişəcəyi istisna edilmir.


Tarix: 26-10-2023, 10:11


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031