12:14 / 28-01-2025
Baş nazir QƏRAR İMZALADI
Zeytun Pharmaceuticals: Səhiyyə Sektoruna Keyfiyyətli Dəstək

“Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, istehlakçıların etimad göstərdiyi bir şirkətə çevrilmişdir

"Zeytun Pharmaceuticals" MMC-nin rəhbəri Bəhruz Şirəliyev Azərbaycanın səhiyyə sektorunda mühüm rola malik olan bir müəssisənin lideri olaraq, ölkəmizin əczaçılıq sahəsində keyfiyyət standartlarını yüksəltməkdə böyük xidmətlər göstərir. Onun rəhbərliyi ilə “Zeytun Pharmaceuticals” aptekləri yalnız yüksək keyfiyyətli dərman vasitələri və tibbi məhsullar təqdim etməklə kifayətlənmir, eyni zamanda müştərilərinə xüsusi qayğı və diqqət göstərir.

Keyfiyyətli Məhsullar və Şəffaf Xidmət

“Zeytun Pharmaceuticals” MMC-nin əsas məqsədi ölkə vətəndaşlarının sağlamlığını dəstəkləmək üçün yüksək keyfiyyətli dərman vasitələrinin əlçatanlığını təmin etməkdir. Bəhruz Şirəliyev və onun komandası beynəlxalq standartlara cavab verən məhsulların tədarükünü həyata keçirir. Şirkətin fəaliyyəti şəffaflıq, müştəri məmnuniyyəti və etik dəyərlərə əsaslanır. Bu, “Zeytun Pharmaceuticals” MMC-nin ölkə üzrə ən etibarlı apteklərdən biri kimi tanınmasını təmin etmişdir.

Müştəriyə Yönəlmiş Yanaşma

Apteklərin fəaliyyəti təkcə dərman satışı ilə məhdudlaşmır. “Zeytun Pharmaceuticals” müştərilərinə tibbi məsləhətlər, yeni preparatlar haqqında məlumatlar və fərdi yanaşma təklif edir. Bəhruz Şirəliyev müştəri məmnuniyyətini ən yüksək səviyyədə saxlamaq üçün aptek əməkdaşlarının peşəkarlığına xüsusi diqqət yetirir.

Sosial Məsuliyyət və Dəstək

Bəhruz Şirəliyev şəhid ailələri, qazilər və ehtiyaclı ailələr üçün xüsusi yardım proqramlarının təşəbbüskarı kimi də tanınır. Onun rəhbərlik etdiyi “Zeytun Pharmaceuticals” sosial məsuliyyət çərçivəsində bir çox yardım aksiyaları həyata keçirmişdir. Şirkət, insanların sağlamlığını qorumaq məqsədilə müxtəlif tibbi tədbirlər və kampaniyalar təşkil edir.

Prezident İlham Əliyevin Siyasətinə Dəstək

Bəhruz Şirəliyev ölkədə səhiyyənin inkişafı üçün Prezident İlham Əliyevin apardığı siyasətə böyük dəstək göstərir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar, xüsusilə əczaçılıq sahəsindəki yeniliklər, “Zeytun Pharmaceuticals” MMC-nin fəaliyyətini daha da genişləndirmək üçün şərait yaradır.

Azərbaycan Səhiyyəsinə Dəyərli Töhfə

Bəhruz Şirəliyev və “Zeytun Pharmaceuticals” MMC səhiyyə sektorunun inkişafında önəmli rol oynayaraq, əhalinin sağlamlığını prioritet kimi görür və bu istiqamətdə davamlı olaraq müasir standartlara uyğun layihələr həyata keçirir. Müəssisənin məqsədi insanların həyat keyfiyyətini artırmaq, sağlam gələcək üçün töhfələr verməkdir.

Bəhruz Şirəliyev rəhbərliyində apteklər şəbəkəsi müştərilərə yalnız dərman vasitələri deyil, həm də sağlamlıq üçün etibarlı tərəfdaş təklif edir. Onun və komandası sayəsində “Zeytun Pharmaceuticals” MMC Azərbaycan əczaçılıq bazarında keyfiyyətin və etimadın sinoniminə çevrilmişdir.

9 oktyabr 2014-cü ildə "Sağlamlığınızı Düşünən Apteklər Şəbəkəsi" şüarı ilə fəaliyyətə başlayan “Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, habelə xidmətlər sayəsində Azərbaycanın əczaçılıq sektorunda aparıcı mövqe qazana bilmiş və istehlakçıların etimad göstərdiyi br şirkətə çevrilmişdir. Şirkətin məqsədi idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə Azərbaycanın səhiyyə sisteminin həm dövlət, həm də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmət göstərməkdir. Bu ali missiyanı ən yüksək səviyyədə reallaşdırmaqdan ötrü şirkətin əməkdaşları yorulmadan çalışır. Şirkət portfelinə daxil olan əczaçılıq məhsullarının hər bir Azərbaycan vətəndaşının sağlam həyatı üçün ələçatımlı olmasını təmin etməkdən ötrü fəaliyyət çevrəsini təkcə Bakı şəhəri ilə məhdudlaşdırmayaraq Azərbaycanın bütün bölgələrini əhatə edir. Avtomobillərdən ibarət olan logistika mərkəzi "Zeytun Pharmaceuticals" -ın bütün ölkə boyu tərəfdaşlarının təchizatı işini operativ və keyfiyyətli şəkildə qurmasına zəmin yaradır. Şirkətin qazandığı uğurların əsas özəyi peşəkarcasına formalaşdırılmış peşəkar idarəetmə standartları və onların əsasında dayanan

keyfiyyət;
zaman;
müştərilərə diqqət və onlar qarşısında məsuliyyət;
humanizm;
daimi inkişaf;
innovasiya;
komanda işi
kimi korporativ dəyərlərdir.


Bu gün Zeytun Pharma şirkəti Novartis, Sanofi, Abbott, Abdi İbrahim, Berlin Chemie, Santen, EVER, Takeda, EGIS, Actavis, Worwag, Sanovel, Nycomed, KRKA, Sandoz və s. bu kimi nəhəng istehsalçılarla sıx əməkdaşlıq edir və portfelinə yeni tərəfdaşları əlavə etməkdə davam edir.

Müştəri məmnuniyyətinin ən əhəmiyyətli komponentlərindən biri də Çağrı Mərkəzinin son dərəcə operativ və individualyanaşma strategiyası ilə xidmət göstərməsidir. Böyük və peşəkar komandamız sayəsində

tələblərinə uyğun dərman təklifi edərək;
mövcud aksiyalar və yeni gələn məhsullar haqqında məlumat verərək;
daxil olan sifarişləri dəqiqliklə qeyd edərək;
gülərüz, pozitiv və empati qura bilmə prinsibini həyata keçirərək
əczaçılarımızın məmnuniyyətini daim yüksəltmək Çağrı Mərkəzi Komandamızın qarşısına duran ən vacib məqsəddir.

Bakıda yaşayan əhalinin keyfiyyətli və orijinal dərman preparatları ilə təminatını daha da asanlaşdırmaq üçün onların gündəlik ən çox istifadə etdikləri nəqliyyat vasitəsi olan Bakı Metropoliteninin stansiyalarında apteklər şəbəkəsi qurmuşuq.

Ölkəmizdə həyata keçirilən bütün ictimai tenderlərdə iştirak edirik. İştirak etdiyimiz tenderlərdə operativ məhsuldarlığı ən yüksək səviyyədə saxlamağı və minimal mənfəətlə işləməyi hədəfləyirik.

Respublika üzrə mövcud olan klinikalar və sağlamlıq mərkəzlərinin 90%-dən çox hissəsinə xidmət göstəririk.

Xidmət etdiyimiz bütün klinika və sağlamlıq mərkəzlərinin tələb və ehtiyaclarını daha optimal qarşılamaq üçün ən uzaq məntəqəyə belə məhsulların çatdırılmasını təmin edirik.


Tarix: 9-01-2025, 10:51


Bölməyə aid digər xəbərlər