
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi qulluqçularının Heydər Əliyev Sarayı və Şəhidlər xiyabanı istiqamətlərindən yürüşü başlayıb.
Saat 10:00-da başlayan yürüş 12:00-a qədər davam edəcək.
Zəfər Günü ilə əlaqədar hərbi qulluqçuların yürüşü paytaxtla yanaşı, Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyən edilən marşrutlar üzrə də davam edəcək.
Yürüş boyu hərbi qulluqçuları hərbi orkestrlər müşayiət edəcəklər.
Qeyd edək ki, hərbi qulluqçuların yürüşü paytaxtda dörd marşrut xətti üzrə həyata keçirilir:
- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - “AMAY” Ticarət Mərkəzi;
- Şəhidlər xiyabanı - “Alov Qüllələri” Kompleksi - “İçərişəhər” metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı;
- “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti istiqamətində baş tutacaq.




Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.