5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev

5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev

Son 5 ildə Azərbaycanda əlilliyə görə orta pensiya 2,3 dəfə, sosial müavinətlər isə 3,5 dəfə artıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə büdcə müzakirəsi zamanı bildirib.

“Azərbaycanda əlilliyə görə 541 min nəfər sosial ödəniş alır. Bunun 256 mini pensiya, 198 mini müavinət, 87 mini təqaüd alır. Əgər 2018-ci ildə əlilliyə görə ümumi ödəniş 1,2 milyard manat idisə, hazırda 2,5 milyard manata yaxınlaşır. Təkcə əlilliyi olan insanlara ödədiyimiz vəsaiti 1,3 milyard manata yaxın artırmışıq”, - o vurğulayıb.


Tarix: 27-11-2024, 13:53


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31