
Milli Məclisin deputatı Səttar Möhbalıyev 7 mart 2026-cı il tarixində Babək rayonundan olan seçicilərlə növbəti görüşünü keçirib.
aia.az xəbər verir ki, bu dəfə qəbul rayonun Yuxarı Uzunoba kəndində baş tutub.
Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Səttar Möhbalıyev sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətlərin bəzilərini elə yerindəcə həll edib. Digər müraciətlər isə qeydə alınıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı və təxirəsalınmaz tədbirlərin görüləcəyi bildirilib. Həmçinin sakinlər kənddə Mərasim evinin ətrafının asfaltlanması üçün onlara köməklik göstərilməsilə bağlı S.Möhbalıyevə müraciət ediblər. Millət vəkili bu məsələni də yerindəcə həll edib.
Deputat Səttar Möhbalıyevin keçirdiyi görüşdə iştirak edən Yuxarı Uzunoba kəndinin sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri görüşdən məmnunluqlarını ifadə ediblər, ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Naxçıvanın Babək rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.







Bölməyə aid digər xəbərlər










