Tərəflər arasında yaranmış maliyyə məsələsi tam həll olunub – rəsmi açıqlama




Tərəflər arasında yaranmış məsələ yerində araşdırılıb və vəziyyət ətraflı şəkildə qiymətləndirilib. Bununla bağlı olaraq “Beyaz İnşaat” MMC və “Nihad 2024” MMC ilə əlaqə saxlanılıb.

Aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, tərəflər arasında əvvəl qeyd edilən 29 000 manatlıq fərq təsdiqini tapmayıb. Faktiki yaranmış maliyyə fərqinin 11 000 (on bir min) manat olduğu dəqiqləşdirilib.

Müəyyən edilmiş bu məbləğ “Nihad 2024” MMC-yə, işlərin təhvil-təslim aktına əsasən tam şəkildə ödənilib. Ödənişin həyata keçirilməsindən sonra tərəflər arasında hər hansı maliyyə öhdəliyinin qalmadığı təsdiq olunub.

Həmçinin bildirilib ki, hazırda “Beyaz İnşaat” MMC ilə “Nihad 2024” MMC arasında heç bir maddi-maliyyə iddiası, tələb və ya qarşılıqlı şikayət mövcud deyil.

Tərəflər görülmüş işlərin həcmi və keyfiyyəti ilə bağlı razılığa gəlib və məsələ tam şəkildə bağlanıb.


Tarix: 16-04-2026, 09:55


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930