Azərbaycan ilə Çexiya arasında münasibətlər sabit və qarşılıqlı maraqlar üzərində qurulub

Azərbaycan ilə Çexiya arasında münasibətlər sabit və qarşılıqlı maraqlar üzərində qurulub

Azərbaycanın xarici siyasətində çoxtərəfli əməkdaşlıq xətti əsas istiqamətlərdən biri kimi çıxış edir. Ölkə müxtəlif regionlarla, xüsusilə Avropa məkanı ilə münasibətləri genişləndirərək beynəlxalq sistemdə mövqeyini daha da gücləndirir. Enerji, iqtisadiyyat və ticarət sahələrində qurulan tərəfdaşlıqlar bu siyasətin praktik nəticələrini aydın şəkildə göstərir. Bu baxımdan, Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələ kimi diqqət çəkir.
Azərbaycan ilə Çexiya arasında münasibətlər sabit və qarşılıqlı maraqlar üzərində qurulub. Tərəflər arasında siyasi dialoq mütəmadi xarakter daşıyır və bu, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Rəsmi Praqanın Azərbaycanla iqtisadi əlaqələrin dərinləşdirilməsinə, xüsusilə enerji sahəsində uzunmüddətli əməkdaşlığa maraq göstərməsi münasibətlərin perspektivini daha da gücləndirir.
Keçirilən görüşlər və əldə olunan razılaşmalar göstərir ki, ikitərəfli əlaqələr inkişaf edən xətt üzrə davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən vurğulandığı kimi, tərəflər arasında fəal siyasi dialoq mövcuddur və həm regional, həm də qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılır. Bu isə qarşılıqlı etimadın möhkəmlənməsinə və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına şərait yaradır.
İqtisadi münasibətlər də diqqət mərkəzindədir. Ticarət dövriyyəsinin artırılması, onun daha balanslı şəkildə inkişaf etdirilməsi və qarşılıqlı investisiyaların təşviqi əsas prioritetlər sırasındadır. Enerji sahəsində əməkdaşlıq isə bu münasibətlərin aparıcı istiqamətlərindən biri olaraq qalır və uzunmüddətli tərəfdaşlığın əsasını təşkil edir.
Çexiyanın enerji təminatında Azərbaycanın mühüm rol oynaması bu əməkdaşlığın konkret nəticələrindəndir. Eyni zamanda, geniş biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və şirkətlərin bazara marağı iqtisadi əlaqələrin daha da şaxələndiyini göstərir. Bu proses təkcə enerji ilə məhdudlaşmayaraq sənaye, istehsal, elm və təhsil kimi sahələri də əhatə edir.
Azərbaycan–Çexiya biznes forumu da əməkdaşlığın inkişafında önəmli platforma rolunu oynayır. Belə görüşlər yeni layihələrin müzakirəsi, işgüzar əlaqələrin qurulması və investisiya imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyətlidir.
Ümumilikdə, Prezident İlham Əliyev-in rəhbərliyi ilə Azərbaycan regionda mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində təqdim olunan tranzit imkanları ölkənin strateji əhəmiyyətini artırır. Andrey Babiš-in səfəri də bu kontekstdə iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin daha da genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verən addım kimi qiymətləndirilir.
Bakıxanov qəsəbəsi, 80 №-li tam orta məktəbin
direktoru Təranə Müzəffərova


Tarix: Bu gün, 11:11


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930