
Dövlət müstəqilliyi ilhaq edildiyi vaxtdan – 1920-ci ilin may ayından başlayan, İmperiyanın qərəz burulğanına görə ilk vaxtlar gizli şəkildə davam edən milli-azadlıq hərəkatı ötən əsrin sonlarında ge¬nişlənmişdi. O dövrdə demokratik dövlətlər bu hərəkatı dünya miqyasında mübarizələr tarixinin ən təş¬¬¬kilatlanmış mübarizəsi adlandırırdı. Hərəkat xalqın hərəkatı idi, aparıcı qüvvəsi də xalq idi. İmperiya bu mübarizəni dayandırmaq uçün Bakıda 1990-cı ilin 20 yanvarında böyük miqyaslı faciə törətsə də niy¬yətinə çata bilmədi, İm¬pe¬riyanın siyasi dayaqları Azərbaycanda kökündən laxladı. 1991-ci ilin 18 oktyabrında Azərbaycanın dövlət müs¬tə¬qil¬¬liyi haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycanı rəsmən dünyanın əksər dövlətləri tanıdı. Bu tanıma təkcə siyasi münasibətlərin qurulması ilə məhdud-laş¬madı, ikitərəfli, bəzən çoxtərəfli mü¬na¬sibətlər də yarandı. Belə dövlətlərdən biri də Çex Respub¬li¬ka¬sı oldu. Dövlət müstəqillyi bərpa edilmiş Azərbaycan sosializm sisteminin dağılması ilə müstəqil dövlət olmuş Çex Respublikası arasında siyasi əlaqələr genişləndi, qarşılıqlı inama, etimada əsaslanan bu mü¬na¬sibətlər sosial həyatın əksər sahələrini əhatələdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri za¬manı mətbuata verdiyi bəyanatında da öz əksini tapıb: “Bizim indi çox fəal siyasi dialoqumuz var...”. Bu xatırlatma dövlətlərarası münasibətlərin siyasi dialoqla başladığını, bu dialoqla davam etdiyini bildirir. Bu baxımdan dövlət başçımız bildirdi ki, bu Azərbaycanla Çex Pespublikası dövlət başcıla¬rı¬nın ilk görüşüdür, başlanğıcıdır.
İki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir: “Azərbaycanın regionda mühüm tranzit mərkəzi kimi rolu nəzərə alınaraq, Çexiyanın bu imkanlardan istifadə perspektivləri müzakirə olunub. Xüsusilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların artırılması və logistika infrastrukturunun təkmilləşdirilməsi məsələləri üzrə konkret təşəbbüslər irəli sürülüb.
Səfər çərçivəsində keçirilən Azərbaycan–Çexiya biznes forumu iqtisadi əməkdaşlığın praktiki müstəvidə inkişafına təkan verən mühüm platforma olub. Forumda hər iki ölkənin dövlət qurumlarının nümayəndələri, sahibkarlar və investorlar iştirak etmiş, investisiya imkanları, biznes mühiti və birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında geniş təqdimatlar keçirilib. Bu isə öz növbəsində iş adamları arasında birbaşa əlaqələrin qurulması gələcək əməkdaşlıq üçün real zəmin yaratmış olur.
Altun İbrahimov – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər









