
Əfsanəvi baş gizir Xankişiyev Şərafəddin Sərdar oğlu – "Xanış" ləqəbli, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mənsubu və kəşfiyyatcı, peşəkar döyüşçüsü olub.
O, xidmət etdiyi illər ərzində Vətən qarşısındakı borcunu hər şeydən üstün tutub. İştirak etdiyi döyüşlərdə heç vaxt geri çəkilməyi düşünməyib, ən təhlükəli tapşırıqlarda belə ön cəbhədə olmağı özünə şərəf və vəzifə bilib. Onun üçün Vətənə xidmət sadəcə peşə deyil, həyat amalı idi.
Döyüş yoldaşı və ən əziz dostlarından biri olan Pəncəli Teymurov şəhid olduqda, Şərafəddin Xankişiyev onu öz əlləri ilə son mənzilə yola saldı. Şəhid qardaşının nəşinin başı üzərində dayanaraq belə and içdi:
“Əziz qardaşım, əgər sənin qisasını almasam, Vətənin son qarış torpağı uğrunda son nəfəsimədək döyüşməsəm, anamın südü mənə haram olsun.”
Bu and onun Vətənə, şəhidlərə və döyüş yoldaşlarına olan sonsuz sədaqətinin, mənəvi borcunun və sarsılmaz əqidəsinin ifadəsi idi.
2016-cı ildə şəhid qardaşına verdiyi sözün üstündə durdu. Sonrakı döyüşlərdə düşmənə qarşı sona qədər vuruşdu, döyüş yoldaşının qisasının alındığını qürurla gördü və Vətənin işğal altında olan torpaqlarının azad olunması uğrunda son nəfəsinədək mübarizə apardı. Onun göstərdiyi şücaət və fədakarlıq Azərbaycan hərb tarixində silinməz iz qoydu.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.