AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN MÜNASİBƏTLƏRİNDƏ YENİ MƏRHƏLƏ: QARDAŞLIQ VƏ STRATEJİ TƏRƏFDAŞLIQ

AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN MÜNASİBƏTLƏRİNDƏ YENİ MƏRHƏLƏ: QARDAŞLIQ VƏ STRATEJİ TƏRƏFDAŞLIQ

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri müasir dövrdə özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Bu tarixi və strateji tərəfdaşlığın möhkəm təməlləri müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Heydər Əliyev iki ölkə arasındakı mədəni, mənəvi və siyasi bağların inkişafına həmişə xüsusi diqqət yetirmiş, Türk dünyasının inteqrasiyasını prioritet vəzifə kimi öndə saxlamışdır. Bu uzaqgörən siyasi kurs bu gün cənab prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəvidə, daha dinamik və genişmiqyaslı şəkildə uğurla davam etdirilir. cənab prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ikitərəfli münasibətlərin tarixində dönüş nöqtəsi olmuşdur. Səfər çərçivəsində keçirilən Ali Dövlətlərarası Şuranın 3- cü iclası, geniş tərkibli görüşlər və imzalanan strateji sənədlər iki dövlətin bütün sahələrdə dərin inteqrasiya əzmində olduğunu bir daha sübut etmişdir. Daşkənddə mətbuata bəyanatla çıxış edən cənab prezident İlham Əliyev Özbəkistanın sürətli sosial-iqtisadi yüksəlişini və Prezident Şavkat Miromonoviçin rəhbərliyi ilə həyata keçirilən səmərəli islahatları yüksək qiymətləndirmişdir. Dövlətimizin başçısı vurğulamışdır ki, Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi region kimi böyük potensiala malikdir. cənab prezident İlham Əliyev xüsusi olaraq qeyd etmişdir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviçin uzaqgörən fəaliyyəti sayəsində ölkə iqtisadiyyatı şaxələndirilmiş, sənaye və energetika infrastrukturu yenilənmişdir. Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına inteqrasiya olunması regional sabitliyi və iqtisadi inkişafı daha da stimullaşdırır. Energetika, nəqliyyat-logistika, investisiya, avtomobil sənayesi, kənd təsərrüfatı və dağ-mədən sahələrində həyata keçirilən birgə layihələr ticarət dövriyyəsinin 1 milyard dollar hədəfinə çatması üçün etibarlı zəmin yaradır. Xüsusilə işğaldan azad edilmiş Qarabağ regionunun bərpasında Özbəkistanın göstərdiyi qardaşlıq dəstəyi — Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinin istifadəyə verilməsi xalqlarımız arasındakı mənəvi birliyin bariz nümunəsidir. Səfər zamanı cənab prezident İlham Əliyevə ali dərəcəli "Dostluq" ordeninin, Prezident Şavkat Miromonoviçə isə "Heydər Əliyev" ordeninin təqdim edilməsi bu sarsılmaz qardaşlığın ali təzahürüdür.

1 Sabunçu rayonu 108 nömrəli tam orta ümumtəhsil məktəbi
Vəzifə: psixoloq
Müəllif: Səbinə Nəsirli


Tarix: 25-08-2026, 15:57


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031