
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. Bu bir daha göstərir ki, çoxtərəfli diplomatiya müstəvisində, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Azərbaycan və Özbəkistanın əməkdaşlığı müstəsna əhəmiyyət kəsb edir. Hər iki dövlət TDT-ni türk dünyasının siyasi, iqtisadi və mənəvi gücünü artıran mühüm birlik kimi qiymətləndirir. Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə «C5» formatının «C6» formatına çevrilməsi regionlararası inteqrasiyanı yeni səviyyəyə qaldırıb.
İkitərəfli münasibətlərin vacib elementlərindən biri də hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsidir. İki ölkənin müdafiə nazirlikləri arasında imzalanan fəaliyyət planlarına uyğun olaraq keçirilən birgə taktiki təlimlər, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və hərbçilərin peşəkarlığının artırılmasına yönəlmiş addımlar regional təhlükəsizliyin və sabitliyin təmin olunmasında müstəsna rol oynayır.
Dövlətlərarası inteqrasiyanı tamamlayan mühüm amillər arasında mədəni-humanitar sahələrdə əməkdaşlıq da önəmli rol oynayır. Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, mütəmadi təşkil olunan Mədəniyyət Günləri, media forumları və ali təhsil müəssisələri arasındakı birbaşa əməkdaşlıq xalqlarımızın bir-birini daha yaxından tanımasına, gənc nəsillər arasında mənəvi körpülərin sarsılmaz olmasına xidmət edir.
Azərbaycan-Özbəkistan münasibətlərinin dövlət başçılarımızın siyasi iradəsi sayəsində intensiv inkişafı iqtisadi əlaqələrimizin daha da şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın gücləndirilməsinə mühüm stimul verəcək. Bunların hamısı qardaş xalqların rifahının daha da yaxşılaşdırılmasına yönəlib. Səfər çərçivəsində iki ölkə Prezidentinin birgə iştirakı ilə Azərbaycan parkının təməli qoyuldu. Bu, özbək qardaşlarımızın dövlətimizin başçısına və xalqımıza dərin ehtiramın ifadəsidir. Azərbaycan və Özbəkistanın münasibətləri bu gün tarixi qardaşlıqdan strateji müttəfiqliyə, strateji müttəfiqlikdən isə əbədi dostluğa doğru inamla inkişaf edir. Daşkənd səfəri bir daha göstərdi ki, Bakı ilə Daşkənd arasında qurulan dostluq körpüsü yalnız iki paytaxtı deyil, iki qardaş xalqı, iki böyük coğrafiyanı və gələcəyə dair ortaq məqsədləri birləşdirir. Əbədi dostluq haqqında Müqavilə isə bu qardaşlığın tarixdəki növbəti mühüm möhürü kimi uzun illər boyu öz siyasi və mənəvi əhəmiyyətini qoruyacaq.
Nailə Nəsirova-Zabrat bələdiyyəsinin sədri
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.