
Daşkənddə səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində bu ölkənin turizm şirkətlərinin 60-dan çox nümayəndəsi ilə görüş keçirib.
aia.az xəbər verir ki, tədbirdə ölkəmizin zəngin təbii resurslarının, əlverişli iqliminin və füsunkar təbiətinin turistlər üçün cəlbedici olduğu vurğulanıb, sağlamlıq turizmi potensialı barədə ətraflı məlumat verilib.
Turizm şirkətlərinin nümayəndələrinə AHİK-in “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin və “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti, Konfederasiyanın sağlamlıq və istirahət mərkəzlərinin infrastrukturu, müalicə və istirahət imkanları, eləcə də göstərilən xidmətlər barədə təqdimat keçirilib.
Özbəkistan Respublikasının Turizm Komitəsinin nümayəndəsi xanım Şaxloxan Soliyeva isə ölkəsinin turizm siyasətindən, turistlərin maraq göstərdiyi tarixi-mədəni abidələrindən bəhs edib, Azərbaycanla turizm əlaqələrinin inkişafı və birgə təşəbbüslərin həyata keçirilməsi üçün mövcud imkanları diqqətə çatdırıb.
Görüş çərçivəsində sağlamlıq turizmi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.





Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.