
20 oktyabr Azərbaycanın müasir tarixinə Zəngilan şəhəri günü kimi qızıl hərflərlə həkk olunmuşdur. 2020-ci ilin 20 oktyabr tarixində Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərini və onun ətraf kəndlərini işğaldan azad edərək xalqımıza böyük qələbə sevinci bəxş etmişdir. Bu tarixi zəfərin əbədiləşdirilməsi məqsədilə cənab prezident İlham Əliyevin imzalamadığı Sərəncama əsasən hər il 20 oktyabr ölkəmizdə Zəngilan şəhəri günü kimi təntənə ilə qeyd olunur.
Zəngilanın strateji və tarixi əhəmiyyəti hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. Hələ Sovet dövründə və müstəqilliyimizin ilk illərində Ulu öndər Heydər Əliyev Azərbaycan torpaqlarının bütövlüyü, regionların inkişafı və əhalinin rifahı üçün müstəsna xidmətlər göstərmişdir. Ulu öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, Azərbaycan xalqı öz tarixi torpaqlarına hökmən qayıdacaqdır. Bu uzaqgörən siyasətin və sarsılmaz iradənin məntiqi davamı olaraq cənab prezident İlham Əliyev atası Ulu öndər Heydər Əliyevin vəsiyyətini şərəflə yerinə yetirdi və torpaqlarımızı azadlığa qovuşdurdu.
Bu gün işğaldan azad edilmiş Zəngilan sürətli bərpa və quruculuq dövrünü yaşayır. Böyük Qayıdış proqramı çərçivəsində ilk "Ağıllı kənd" layihəsi məhz Zəngilanın Ağalı kəndində uğurla reallaşdırılmışdır. Beynəlxalq standartlara cavab verən Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, yeni nəqliyyat-logistika dəhlizlərinin açılması regionun iqtisadi potensialını dəfələrlə artırır. Zəngilan şəhəri günü təkcə keçmişin anılması deyil, həm də dirçələn Qarabağın və Şərqi Zəngəzurun parlaq gələcəyinin təcəssümüdür.
Bakı şəhəri Telman İsgəndərov adına 142 saylı tam orta məktəbin
İnformatika müəllimi Sənubər Əliyeva Fariz qızı
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.