Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Qərar

Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Qərar

“Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edilir.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.


Tarix: 6-10-2025, 10:26


Bölməyə aid digər xəbərlər
25-11-2024, 12:37 Əli Əsədov qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31