Dövlət əleyhinə çağırışda ittiham edilənə hökm oxundu - FOTO

Dövlət əleyhinə çağırışda ittiham edilənə hökm oxundu - FOTO

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Elşən Kərimovun məhkəmə araşdırması tamamlanıb.

 "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, E.Kərimov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 6 il müddətə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Elşən Kərimov uzun illər Rusiyada yaşayıb. Həbsindən bir neçə gün əvvəl atasının vəfatı ilə əlaqədar ölkəyə qayıdıb. Elə  7 mərasimində də saxlanılıb.


Tarix: 28-01-2025, 12:51


Bölməyə aid digər xəbərlər


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031