
27 Sentyabr 2020-ci il 8 Noyabr 2020-ci il bu tarix xalqımızın yaddaşında silinməyən bir iz buraxmışdır. 44 günlük Vətən Müharibəsi Azərbaycan oğullarının qaramanlıq salnaməsidir. Bu müharibə, Azərbaycanın ərazi bütövlüyü və milli ruhu üçün bir sınaq, bir dönüş nöqtəsi olmuşdur. Bu müharibə Azərbaycan xalqının müstəqilliyini qorumaq və torpaqlarını işğaldan azad etmək üçün girişdiyi qətiyyətli mübarizəni nümayiş etdirir.
44 günlük Vətən Müharibəsi başlamazdan öncə Azərbaycan ordusu müasir hərbi texnika və hərbi taktiki biliklərlə tam təchizata sahib idi. Müasir təchizatın mövcudluğu o cümlədən istər əsgərlərin döyüş hazırlığı istər komandir heyətinin taktiki hazırlığının yüksək olması məhz müharibəni tez bir zamanda yekunlaşdırıb işğal altında olan Qarabağ və Şərqi Zəngəzur regionunu azad etməyə imkan yaratdı. Eyni zamanda əhalinin psixoloji olaraq orduya və ölkə rəhbərliyinə daimi dəstəyi o cümlədən insanların individual şəkildə yardımlar toplayaraq orduya dəstək olması əsgərlərin ruh yüksəkliyinə ciddi müsbət təsir göstərdi. Bundan əlavə müharibə olmazdan əvvəl ölkə rəhbərliyinin İsrail, Türkiyə və Pakistan kimi ölkələrlə diplomatik əlaqələri yüksək səviyyəyə qaldırması qeyd olunan ölkələrlə istər ordunun təcrübə mübadiləsi istər texniki təchizatın əldə olunmasında yüksək rol oynamışdır. Bu ölkələrə qeyd olunan münasibətlər əsasında Bayraktar TB2, HAROP, LORA, Polonez, TRG-300, Kasırga kimi yüksək texnoloji silahlar əldə edilmiş və müharibənin müqəddəratına ciddi təsir göstərmişdir
Bu müharibə, Azərbaycan ordusunun və döyüşçülərinin qəhrəmanlığının bir simvoludur. Əsgərlərimiz, ərazi bütövlüyümüzü və milli dəyərlərimizi qorumaq üçün cəsarətlə döyüşmüşdür. Qəhrəmanlıqları, Azərbaycanın tarixində əbədi olacaq və milli ruhumuzu daima zənginləşdirəcəkdir. Vətən müharibəsində 80,000 nəfərə yaxın hərbçi iştirak etmiş və onlardan 83 nəfər Milli Qəhrəman adına layiq görülmüş 2783 nəfər isə qəhrəmancasına şəhid olmuş, 12,721 nəfər isə müxtəlif bədən xəsarətləri ilə müharibə əlili olmuşdur. Müharibədə qürur hissi verən səhnələrlə yadda qalmışdır ki, istər ata və iki oğlu ilə müharibəyə qoşulanlar istərsə 18 yaşında əsgər yoldaşlarını xilas etmək üçün əl qumbarasının üzərinə atılanlar, istər şəhid general Polad Həşimovun qisasını əlləri ilə erməni zabitlərini boğaraq öldürən qəhrəmanları göstərmək mümkündür. Yeni nəsillər və gənclər daim bu insanlara ölkəmizin bütövlüyü üçün minnətdar olmalı o cümlədən yaşlı və orta nəsil daim sözügedən insanlara yüksək hörmət və diqqət göstərilməsini gənc nəsillərə tədris etməlidir
Bu müharibə, yalnız cəbhədə deyil, həm də diplomatiya və beynəlxalq münasibətlər sahəsində bir zəfərdir. Azərbaycanın diplomatik missiyaları, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdə, işğalın ləğv edilməsi üçün beynəlxalq təzyiq yaratmaqda və müstəqil vətənini müdafiə etməyə müvəffəq olmuşdur. Bu istiqamətdə əsas fəaliyyətlər Azərbaycanın “Qoşulmama Hərakatı”-na üzv olması və bu hərakata üzv ölkələrin diplomatik arenada Azərbaycanın haqq mübarizəsini dəstəkləməsi olmuşdur. O cümlədən Türkiyə, İsrail, Pakistan, Macarıstan kimi ölkələrlə diplomatik əlaqələrin yüksəldilməsi və bunun nəticəsi olaraq beynəlxalq arenada bu ölkələrin dəstəyi alınmışdır. Eyni zamanda Fransa kimi bir qrup ölkələrin gerçəkdə Qarabağ münaqişəsinin həllini istəmədiyi və bu istiqamətdə diplomatik arenada var gücləri ilə çalışdıqları gün üzünə çıxmışdır.
44 günlük Vətən Müharibəsinin ən böyük rəmzi, işğal altındakı torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün qorunmasıdır. Bu, Azərbaycanın tarixində daimi olaraq yaşayacaq və növbəti nəsillərə qürurla təqdim ediləcək bir qələbədir. Eyni zamanda 90-cı illərdə işğal edilmiş torpaqların azad edilməsi dövlətimizin alnında olan qara ləkənin təmizlənməsini və gələcəkdə yeni nəsillərin qürurla öz ölkələri haqqında danışmalarına imkan yaratmışdır.
44 günlük Vətən Müharibəsi, Azərbaycanın möhkəmlənmiş iradəsini, milli ruhunu və müstəqilliyini dünyaya göstərmişdir. Bu tarixi hadisə, Azərbaycanın möhkəmlənmiş tarixində əbədi olaraq qalacaq və növbəti nəsillərə milli şüurda bir qürur mənbəyi olacaqdır.
Maştağa qəsəbəsi, 255N-li tam orta məktəbin
Coğrafiya müəllimi Fərqanə Qədimalıyeva
Bölməyə aid digər xəbərlər