12:14 / 28-01-2025
Baş nazir QƏRAR İMZALADI
Zakir müəllim şəhid ailələrinə daim xüsusi diqqət göstərir

 

Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də İmişli bazarının müdiri Zakir müəllimdir.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi İmişli bazarının müdiri Zakir müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan İmişli bazarının müdiri Zakir müəllim Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Zakir müəllim Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

İmişli bazarının müdiri Zakir müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Zakir müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Zakir müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, İmişli bazarının müdiri Zakir müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İmişli bazarının müdiri Zakir müəllim

90-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanda yaranmış xaos və özbaşınalıqdan istifadə edən mənfur düşmənlərimiz Qarabağda dinc əhaliyə qarşı ixtişaşlar törədərək ölkəmizin ərazisinin 20%-dən çoxunu işğal etmişdir. Həmin illərdə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə dəvət edilmişdir. O dövrdə Azərbaycanın çətin vəziyyətdə olduğunu və gündən-günə torpaqlarımızın işğal olunması təhlükəsinin daha da artdığını görən ulu öndər Heydər Əliyev xalqın çağırışına cavab verərək yenidən ölkəmizə rəhbərlik etməyi, Azərbaycanı bu çətin vəziyyətdən çıxarmağı öz üzərinə götürmüşdür. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk öncə dərin siyasi zəkası ilə ölkədə özbaşınalıq və xaosun qarşısını alaraq sabitlik yaratmış və nizami ordu quruculuğuna xüsusi diqqət ayırmışdır. Həmən dövrdən başlayaraq ölkəmiz dayanıqlı inkişafa qədəm qoymuş və bu gün zəfərləri ilə fəxr etdiyimiz Azərbaycan ordusunun təməlinin qoyulması ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir.

Zakir müəllim şəhid ailələrinə daim xüsusi diqqət göstərir


Sonrakı dövrdə Azərbaycan həm daxildə iqtisadi inkişaf yolunu keçmiş, həm də ordu quruculuğuna xüsusi diqqət ayırmışdır. Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya təcrübəsi qazanaraq ən müasir silahlarla təmin olunmuşdur. Cənab Prezidentin regionda sülhün yaranması və torpaqlarımızın işğaldan azad olunması istiqamətində müxtəlif beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırmasına baxmayaraq düşmənlərimiz işğal etdikləri torpaqları tərk etməmiş və yeni torpaqlarımızı işğal etmək üçün müxtəlif təxribatlar törətmişdir. Nəhayət ki, 27 sentyabr 2020-ci il tarixdə düşmənin növbəti təxribatının qarşısı almaq üçün Müzəffər Ali baş Komandan İlham Əliyev ordumuza əks hücum əmri vermişdir. Bununla da 44 gün davam edən Vətən müharibəsinin nəticəsində ordumuz torpaqlarımızı işğaldan azad edərək Azərbaycan xalqının daimi fəxr edəcəyi tarixi zəfərə imza atmışdır.   

Prezident İlham Əliyev cari ilin 10 may tarixində Şuşa şəhərinə səfəri zamanı böyük qayıdış proqramına uyğun olaraq Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşmüşdür. Görüş zamanı Prezident İlham Əliyev Şuşalıları öz doğma torpaqlarında salamlayaraq qeyd etmişdir ki, otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm: “Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim.

Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.


Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər. Onların arxasında duran havadarları - böyük dövlətlər onlarda bu əminliyi daha da gücləndirmişdilər. Ancaq biz əmin idik, bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq. Uzun illər mən Prezident kimi çalışırdım ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun və mənim fəaliyyətim göz qabağındadır, onlarla, bəlkə də yüzlərlə görüşlər keçirilmişdir, danışıqlar aparılmışdır. Amma heç bir nəticə olmamışdır. Nə üçün?! Çünki Ermənistan, bir daha demək istəyirəm, bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Onların arxasında duran, guya ki, vasitəçilik edən ölkələr isə bu işğalı əbədi etmək istəyirdilər.

44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur. Biz də o vaxt müharibəni dayandırdıq. Çünki müharibənin ilk günlərindən mən bəyan edirdim ki, düşmən bizə tarix versin, torpaqlarımızdan nə vaxt çıxacaq və o təqdirdə biz müharibəni dayandırmağa hazırıq.”

Bəli Prezident İlham Əliyev öz çıxışında müharibənin gedişi ilə bağlı bütün detalları Şuşa sakinlərinə bildirmişdir. Bununlada biz 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında ordumuzun qələbəsi ilə yanaşı beynəlxalq siyasi arenada da bütün təzyiqləri dəf edən Liderimiz gücünə şahid olduq.



Tarix: 21-05-2024, 15:28


Bölməyə aid digər xəbərlər