12:14 / 28-01-2025
Baş nazir QƏRAR İMZALADI
Şəfalı əllər sahibi Dr. Həsən Mərdiyev hər zaman şəhid ailələrinə xüsusi xidmət göstərir


Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Ümumi Cərrah Dr. Həsən Mərdiyevdir.

Ümumi Cərrah Dr. Həsən Mərdiyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Dr. Həsən Mərdiyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Dr. Həsən Mərdiyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Dr. Həsən Mərdiyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Dr. Həsən Mərdiyev - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi. 

Doktor Həsən Mərdiyev 1967-ci ildə Azərbaycan Respublikası Lerik rayonunun Nuravud kəndində anadan olub.
1974-1984-cü illərdə Lerik rayonunda orta məktəbdə oxuyub.
1984-cü ildə orta məktəbi bitirdikdən sonra Politexnik İnstitutuna daxil olub. Həmin institutda 2 il təhsil aldıqdan sonra Sovet ordusunda hərbi xidmətə çağırılıb.

ÜMUMİ CƏRRAH DOKTOR HƏSƏN MƏRDİYEVİN TƏHSİLİ:
1988-ci ildə Həsən Mərdiyev hərbi xidmətdən qayıtdıqdan sonra həkimliyə böyük həvəsi yarandığı üçün Azərbaycan Politexnik institutunda təhsilini yarımçıq qoyaraq Nəriman Nərimanov adına Tibb İnstitutuna sənədlərini təqdim edərək müvəffəqiyyətlə imtahanlardan keçib bu ali təhsil müəssisəsinin Pediatriya fakultəsinə qəbul olmuşdur.
ATU Pediatriya fakultəsini 1995-ci ildə fərqlənmə diplomu ilə bitirən Həsən Mərdiyev uşaq cərrahı ixtisasına yiyələnib.
Həsən Mərdiyev 1995-1996-cı illərdə iSumqayıt şəhərində nternaturatəhsi keçmişdir.

DOKTOR HƏSƏN MƏRDİYEVİN ƏMƏK FƏALİYYƏTİ:
1996-2006-cı illərdə Həsən Mərdiyev: Sumqayıt Şəhər Uşaq Xəstəxanasında uşaq cərrahı işləyib.
2007-ci ildən doktor Həsən Mərdiyev daha geniş spektrdə tibbi xidmət göstərmək məqsədilə ixtisasartırma təhsili alaraq umumi cərrah ixtisasına yiyələnib.
2007 -2012-ci illərdə: Şəfa Klinikasında Ümumi Cərrah
2008-2012-ci illərdə doktor Həsən Mərdiyev: Abşeron Rayon Xəstəxanasında ümumi cərrah işləyib.
Abşeron rayonunun baş cərrahı vəzifəsində çalışıb.
2012-2015-ci illərdə: Sumqayıt şəhərində yerləşən Liman Klinikasında  ümumi cərrah işləyib.
2016-cı ildə yenidən doktor Həsən Mərdiyev Abşeron Rayon Xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.
2017-ci ildə Sumqayıt şəhəri 4 Nömrəli Xəstəxananın cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
2017-ci ilin May ayından 2023-cü ilin Noyabr ayına kimi həmin vəzifədə çalışıb.
2021-ci ildən hazırki dövrə qədər: eyni zamanda “Sumqayıt Hospital” MMC – də, Real Hospitalda  həmçinin regionlarda yerləşən xəstəxanalarda cərrahi əməliyyatlar icra etməkdədir.
2023-cü ildə doktor Həsən Mərdiyev Astara rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə, habelə rayonun baş cərrahı  təyin edilib.

DOKTOR HƏSƏN MƏRDİYEVİN İŞTİRAK ETDİYİ TƏKMİLLƏŞDİRMƏ VƏ
İXTİSASARTIRMA KURSLARI
2007:-  Əziz Əliyev adına Ümumi Həkimlərin Təkmilləşdirilməsi kursu
2001: – Cavadzadə Klinikası, Urologiya kursu
2011:-  Türkiyə Cümhuriyyətində Ümumi Cərrahiyyə kursu
2012: Rusiya Federasiyası Kazan şəhəri, Laporoskopik kursu
2013:- Kazan və Moskva şəhəri, Endouroloji kursu
2017 – Türkiyə Cümhuriyyətndə Plastik Cərrahiyyə kursu

DOKTOR HƏSƏN MƏRDİYEVİN İCRA ETDİYİ ƏMƏLİYYATLAR:
Öd kisəsi və öd yollarında açıq və laparoskopik cərrahi əməliyyatları
Mədəaltı vəzin tam və hissəvi çıxarılması
Dalağın açıq və laparoskopik yolla tam və ya hissəvi çıxarılması
Mədənin, qida borusunun tam və hissəvi çıxarılması
Diafraqma yırtıqlarının laparoskopik təmiri
Laparoskopik appendektomiya
Diaqnostik laparoskopiya və torakoskopiya
Nazik və yoğun bağırsaqlarda aparılan açıq və laparoskopik əməliyyatlar
Yırtıqların açıq və laparoskopik üsulla təmiri
Abdominoplastika
Mammoplastika
Periton arxası sahənin kistoz törəmələrinin (o cümlədən təkrarlanan) radikal çıxarılması
Qalxanabənzər vəzin tam və hissəvi çıxarılması
Babasil düyünlərinə lateks həlqələrinin qoyulması
Hemorroidektomiya
Pararektal fistulların ləğvi
Anal çatın cərrahi müalicəsi
Rektoskopiya

                             


Tarix: 20-07-2024, 12:40


Bölməyə aid digər xəbərlər