Təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladları mükafatlandırılacaq

Təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladları mükafatlandırılacaq

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladlarının mükafatlandırılması ilə bağlı qərar qəbul edib.

aia.az xəbər verir ki, qərara əsasən, həmin tələbələrin hər birinə 200 manat məbləğində mükafat veriləcək.

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında ümumilikdə 3228 nəfər abituriyent 600-dən yuxarı bal toplayıb. Onlardan 463 nəfəri həmkarlar ittifaqı üzvü olan təhsil işçilərinin övladlarıdır.


Tarix: 12-09-2024, 21:04


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930