Azərbaycanın son illərdə əldə etdiyi böyük uğurlar, ölkənin beynəlxalq nüfuzunun artması, iqtisadi inkişafı və milli maraqlarının qətiyyətlə qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi kimi qiymətləndirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib, müstəqil siyasəti, milli maraqlara söykənən qərarları və xalqla hakimiyyət arasında formalaşmış möhkəm birlik ölkəmizin inkişafına mühüm töhfələr verib. Bu gün Azərbaycan vətəndaşları öz dövlətinin gücünü, qüdrətini və beynəlxalq aləmdə qazandığı nüfuzu qürur hissi ilə izləyirlər.
Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin əsas istiqamətlərindən biri vətəndaş rifahının yüksəldilməsi, sosial müdafiə tədbirlərinin genişləndirilməsi və insanların həyat səviyyəsinin yaxşılaşdırılması olub. Ölkənin hər bir bölgəsində həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində yeni yollar çəkilib, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilib, infrastruktur tamamilə yenilənib. Hər bir rayonun və şəhərin inkişafına xüsusi diqqət göstərilməsi insanların dövlətə olan inamını daha da gücləndirib.
İlham Əliyevin xalqla daim təmasda olması, vətəndaşların problemlərinə həssas yanaşması və insanların qayğılarını diqqət mərkəzində saxlaması onun xalq tərəfindən böyük rəğbətlə qarşılanmasının əsas səbəblərindən biridir. Dövlət başçısının ölkənin ən ucqar yaşayış məntəqələrinə səfərləri, görülən işlərlə şəxsən maraqlanması və hər bir layihənin icrasına nəzarət etməsi vətəndaşlarda xüsusi məmnunluq yaradır. Məhz buna görə də Azərbaycan xalqı öz Prezidentinə böyük sevgi və etimad bəsləyir.
Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar da Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin və diplomatik məharətinin nəticəsidir. Bu gün ölkəmiz dünyanın müxtəlif dövlətləri ilə qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlər qurub. Azərbaycan beynəlxalq təşkilatlarda öz sözünü deyən, milli maraqlarını qətiyyətlə müdafiə edən nüfuzlu dövlət kimi tanınır. Müstəqil xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirib.
Prezident İlham Əliyevin adı hər şeydən əvvəl Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və Qarabağın işğaldan azad edilməsi ilə tarixə yazılıb. Uzun illər xalqımızın qəlbində yaşayan böyük arzunun reallaşması məhz onun qətiyyəti, siyasi iradəsi və güclü liderlik keyfiyyətləri sayəsində mümkün olub. Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər nəticəsində torpaqlarımız azad edilib və ölkəmizin suverenliyi tam bərpa olunub. Bu tarixi nailiyyət Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirib.
Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən bərpa və quruculuq işləri dünyanın ən böyük yenidənqurma layihələrindən biri hesab olunur. Vaxtilə dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir. Qarabağın hər guşəsində aparılan işlər dövlətin həmin torpaqlara verdiyi böyük dəyərin və diqqətin bariz nümunəsidir.
Ən böyük sevinc isə illərlə doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıtmasıdır. Bu gün Qarabağda yeni evlərdə yaşayan ailələr, fəaliyyət göstərən məktəblər, açılan müəssisələr və canlanan sosial həyat Böyük Qayıdış proqramının uğurla həyata keçirildiyini göstərir. Doğma torpaqlarında yenidən həyat quran insanların sevinc və qürur hissi Azərbaycan dövlətinin gücünü və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticələrini aydın şəkildə nümayiş etdirir.
Şəhid ailələri və qazilər dövlət başçısının daim xüsusi diqqət mərkəzindədir. Onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil və avtomobillərlə təmin olunması, müxtəlif sosial proqramların həyata keçirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş qazilərimizə göstərilən qayğı cəmiyyət tərəfindən də yüksək qiymətləndirilir və dövlət-vətəndaş birliyini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi siyasət də davamlı inkişafın təmin olunmasına xidmət edir. Yeni iş yerlərinin açılması, sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun inkişafı və regionların sosial-iqtisadi yüksəlişi ölkənin gələcəyinə hesablanmış addımlar kimi dəyərləndirilir. Azərbaycanın iqtisadi sabitliyi və dayanıqlılığı bir çox beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilir.
Bu gün Azərbaycan güclü dövləti, qüdrətli ordusu, inkişaf edən iqtisadiyyatı və milli birliyi ilə regionun aparıcı ölkələrindən biridir. Bütün bu nailiyyətlərin fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin gələcəyinə inamı daha da artırır. Azərbaycan xalqı öz dövlətinin daha da güclənəcəyinə, Qarabağda və bütün bölgələrdə quruculuq işlərinin davam edəcəyinə inanır və əldə olunan uğurları böyük qürur hissi ilə qarşılayır. Azərbaycanın inkişaf yolu, milli həmrəyliyi və dövlətçilik ənənələri ölkəmizin gələcək uğurlarının da əsas təminatı olaraq qalır.
Bölməyə aid digər xəbərlər










