44 günlük Qarabağ müharibəsində biz qələbə qazandıq

44 günlük Qarabağ müharibəsində biz qələbə qazandıq

Uzun illərdir üzərində qara buludlar dolaşan Kəlbəcər rayonu,nəhayət ki,öz günəşinə qovuşdu. Hər qarışı bizə doğma olan,havası dərdimizə dərman olan yurdumuzu işğaldan azad etdik. Bu sevinc, qürur hissini yaşamaq xalqımıza nəsib oldu.
Kəbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 adam əsir götürüldü və itkin düşdü.Rayonun əhalisi Azərbaycanın müxtəlif bölgələrinə səpələnərək məcburi köçkün statusu aldı.Rayonun işğalı nəticəsində bölgədəki sosial infrastruktur-məktəblər,xəstəxanalar,mədəniyyət ocaqları tamamilə dağıdıldı və istifadəsiz hala düşdü.Burada yeləşən nadir təbiət abidələri və tarixi-mədəni irs ciddi ziyan gördü və bir çoxu məhv edildi.Kəlbəcərin itirilməsi Azərbaycana həm təhlükəsizlik,həm də strateji nəzarət baxımından ciddi çətinliklər yaratdı.
Çətinliklərimiz,həsrətimiz uzun çəksə də,biz tarixi qələbəmizi qazanıb dünyaya səs sala bildik.Şanlı ordumuzun şücaəti,Ali Baş Komandanımız cənab İlham Əliyevin düzgün siyasəti nəticəsində əzəli torpaqlarımızı geri qaytardıq.
44 günlük Qarabağ müharibəsində biz qələbə qazandıq.Torpaqlarımızı işğaldan azad etdik.Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi.Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
İşğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma işləri aparılır,şəhərin inkşaf planına uyğun tədbirlər görülür.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə “ Kəlbəcər şəhərinin 2040-cı ilədək inkşafına dair Baş planı” təsdiq edilmişdir.
Uzun illər həsrətində qaldığı torpaqlarına qovuşan bu diyar bu gün yenidən dirçəlir və quruculuq dövrünə qədəm qoyur.Kəlbəcərin yenidən canlanması bir daha sübut edir ki,torpağına sahib çıxan xalq heç vaxt məğlub olmur.

Maştağa qəsəbəsi, 108 nömrəli məktəbin
müəllimi Günel Əliyeva


Tarix: Bu gün, 12:10


Bölməyə aid digər xəbərlər