Lalə Şirinzadə LS Academy Təlim, Tədris və Sertifikatlaşdırma Mərkəzinə direktor təyin olunub -Fotolar

Lalə Şirinzadə LS Academy Təlim, Tədris və Sertifikatlaşdırma Mərkəzinə direktor təyin olunub


Ölkəmizin ən qabaqcıl özəl təhsil mərkəzlərindən biri olan LS Academy Təlim, Tədris və Sertifikatlaşdırma Mərkəzinə yeni direktor təyin olunub. Təhsil Mərkəzinə işində hər zaman öz peşəkarlığı ilə seçilən, ölkəmizdə bir çox nufuzlu tədbirlərin, bir çox dövlət tədbirlərinin təşkilatçılığında fəal yer alan, bir neçə uğurlu layihələrin rəhbəri olan və gənclərlə işin öhdəsindən hər zaman nümunəvi şəkildə gələn Lalə Şirinzadə təyin olunub.

Lalə xanım hazırda LS Academy-a ilə yanaşı bir neçə layihəyə də rəhbərlik edir. LS Academy-anın kollektivi Lalə Şirinzadənin rəhbərliyi altında Təhsil mərkəzinin uğurlarının daha da artacağına, daha böyük uğurlara imza atacağını və hər gün daha çox inkişaf edəcəyinə inanır. Lalə xanım ilk addım kimi, azad Qarabağımızda Təhsil Mərkəzinin filiallarının açılacağını və Mərkəzin səsinin ölkənin bütün bölgələrindən duyulacağını qeyd edib: “Mərkəzimizdə olan hər bir şagirdə, hər bir tələbəyə xüsusi diqqət göstərərək, onları fəaliyyətini motivasiya etməklə daha çox uğur qazanmalarına dəstək göstərə bilərik”.

LS Academy - nin direktoru Lalə Şirinzadənin rəhbərliyi ilə noyabrın 23-də Qafqaz biznes mərkəzinin konfrans zalında gənclərlə görüş keçiriləcək. Mövzu Gənclərin asudə vaxtının düzgün bölünməsi, Gəncləri narkomaniya və digər pis vərdişlərdən çəkindirmək, onları həm idmana, həm incəsənətə həm də düzgün peşələrə yönləndirmək üçün gəncləri daha çox vətənpərvər ruhda və sağlam düşüncədə həyatlarını davam etmələri üçün maarifləndirici və motivasiya verici ruhda olacaq. Tədbirdə tanınmış qonaqlar ve spikerler yer alacaq. Lalə xanım bu günə qədər olduğu hər işdə, hər layihədə böyük uğurları əldə etmiş bir xanım olaraq bu sferada da, az bir zamanda böyük nailiyyətlər əldə edəcəyinə inanırıq. Ona bu şərəfli peşədə böyük nailiyyətlər arzu edir, gənclərə dəstək olduğu üçün təşəkkürlər edirik.


















Tarix: Bu gün, 12:57


Bölməyə aid digər xəbərlər