
Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Cənab prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı bir daha göstərir ki, ölkəmizdə idmana göstərilən diqqət ardıcıl və məqsədyönlü xarakter daşıyır.
Son illər ərzində Azərbaycan idmançıları beynəlxalq arenalarda böyük uğurlar qazanmış, minlərlə medal əldə etmişlər. Qazanılan uğurlar idman infrastrukturunun gücləndirilməsi, Olimpiya İdman Komplekslərinin tikintisi və regionlarda idmanla məşğul olmaq üçün yaradılan geniş imkanların nəticəsidir.
Ulu öndər Heydər Əliyev hər zaman gənclərin fiziki və mənəvi tərbiyəsini dövlətin prioritet vəzifəsi hesab etmişdir. Bu siyasət bu gün də uğurla davam etdirilir. Sağlam gənc nəslin formalaşdırılması ölkənin gələcək inkişafının əsas təminatıdır.
Cənab prezident İlham Əliyev çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində idmanın mühüm rol oynadığını xüsusi vurğulamışdır. Beynəlxalq yarışlarda Dövlət Bayrağımızın ucaldılması hər bir vətəndaşda qürur hissi yaradır və gəncləri yeni uğurlara ruhlandırır.
Ölkəmizdə keçirilən beynəlxalq idman yarışları, Formula 1, MDB Oyunları, UFC turnirləri Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi tanınmasına mühüm töhfə verir. Bu tədbirlər eyni zamanda turizmin inkişafına və ölkənin beynəlxalq imicinin yüksəlməsinə xidmət edir.
Nəticə etibarilə, Azərbaycanda idmanın inkişafı davamlı xarakter daşıyır və bu sahədə əldə olunan nailiyyətlər dövlət başçısının uzaqgörən siyasətinin bariz nümunəsidir.
`Bakıxanov qəsəbəsi 96 nömrəli tam orta ümumtəhsil məktəbi
İbtidai sinif müəllimi Xanım Ələkbərova-Əlixanlı
Bölməyə aid digər xəbərlər








