Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır

Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır


Prezident İlham Əliyev sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bir daha bildirdi ki, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Prezident İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bir daha bu reallıqlara diqqət yönəldildi. Rəqəmsal inkişafla bağlı olan məsələlərin müzakirə ediləcəyini önə çəkən cənab İlham Əliyev buna ehtiyac olduğunu belə əsaslandırdı ki, bu, gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.
Dövlət başçısı İlham Əliyev sözügedən müşavirədə beynəlxalq şirkətlərlə əlaqələrimizi, böyük təcrübəmizi və bir çox ölkələrlə nəhəng layihələr icra etməyimizi vurğulayaraq bildirdi ki, bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Bu sahədə həm təcrübəmiz var, həm də artıq yaradılmış platformalar var. “Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir” çağırışını edən Prezident İlham Əliyev onu da vurğuladı ki, bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman, o cümlədən bu məsələ də öz həllini tapıb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. Göründüyü kimi, Azərbaycanın dayanıqlı inkişafını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev hər bir sahəni nəzarətdə saxlayır. Bu gün Azərbaycan yenilikləri ilə dünyanın diqqətindədir. Hər zaman yeniliyə, təkmilləşməyə xüsusi önəm verir. Çağırışların mahiyyətində də bu məqam əsas yer tutur ki, hər bir yeni təcrübə ölkəmizdə tətbiq olunmalıdır. Ölkəmizin istər ikitərəfli əməkdaşlıqda, istərsə də beynəlxalq təşkilatlarda əlaqlərinin inkişafına diqqət yetirsək daim yeni prioritetlərin müəyyənləşdirilməsinə xüsusi önəm verdiyini görərik. İmzalanan sənədlər də bunun təsdiqidir.
Vüqar Musayev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi


Tarix: Bu gün, 13:54


Bölməyə aid digər xəbərlər


«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728