Xocalı faciəsi bizə həm ağrını, həm də birlik, həmrəylik və vətənə sədaqət dərsini öyrətdi

Xocalı faciəsi bizə həm ağrını, həm də birlik, həmrəylik və vətənə sədaqət dərsini öyrətdi

26 Fevral – Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına qanla yazılmış faciə günüdür. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törədildi. Silahsız insanlar – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi, ailələr məhv edildi, yüzlərlə insan girov götürüldü və itkin düşdü. Bu faciə yalnız bir şəhərin deyil, bütövlükdə Azərbaycan xalqının ağrısı, kədəri və sağalmaz yarasıdır. Xocalıda baş verənlər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, insanlığa qarşı törədilmiş ağır cinayətdir. Həmin gecə insanlar doğma torpaqlarını tərk etməyə məcbur oldu, şaxtalı fevral gecəsində meşələrə, dağlara üz tutaraq həyatlarını xilas etməyə çalışdılar. Lakin bir çoxu yol boyu gülləbaran edildi, ailələr bir-birindən ayrı düşdü, uşaqlar valideynlərini, valideynlər övladlarını itirdi. Xocalı soyqırımı Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli birliyimizin və yaddaşımızın sarsılmazlığının simvoluna çevrildi. Bu hadisə xalqımızın iradəsini qıra bilmədi, əksinə, ədalət uğrunda mübarizə əzmini daha da gücləndirdi. İllər keçsə də, Xocalının ağrısı unudulmur, hər il 26 fevralda şəhidlərin xatirəsi dərin ehtiramla anılır. Məktəblərdə, ali təhsil müəssisələrində, dövlət qurumlarında və ictimai təşkilatlarda keçirilən anım tədbirləri gələcək nəsillərə tarixi həqiqətlərin çatdırılmasına xidmət edir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində ardıcıl iş aparılır, bir sıra ölkələr və beynəlxalq təşkilatlar bu faciəni soyqırımı kimi tanıyıb. Bu, ədalətin bərpası yolunda atılmış mühüm addımdır. Xocalı qurbanlarının xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır və onların ruhu qarşısında borcumuz həqiqətləri dünyaya çatdırmaqdır. Bu gün Azərbaycan xalqı öz tarixini dərindən dərk edərək gələcəyə daha inamla addımlayır, şəhidlərin qanı bahasına qorunan torpaqlarda üçrəngli bayrağımız qürurla dalğalanır. Xocalı faciəsi bizə həm ağrını, həm də birlik, həmrəylik və vətənə sədaqət dərsini öyrətdi. 26 Fevral yalnız matəm günü deyil, həm də yaddaş, ədalət və milli ləyaqət günüdür; bu tarix göstərir ki, xalqımız öz şəhidlərini heç vaxt unutmur və tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanınması üçün mübarizəsini davam etdirir. Bu faciənin ağrısı illərlə keçsə də, xalqımızın qəlbində ilk günkü kimi yaşayır. Xocalıda tökülən qan yalnız bir şəhərin deyil, bütöv bir millətin taleyinə yazılmış faciə idi. Həmin gecə insanlıq susdu, vicdan sınağa çəkildi. Qar altında donaraq şəhid olan uşaqların fəryadı zamanın yaddaşına həkk olundu. Analərin naləsi, ataların çarəsizliyi tariximizin ən ağır səhifələrindən birini yaratdı. Xocalı yalnız coğrafi məkan deyil, milli yaddaşın simvoludur. Bu faciə xalqımızın iradəsini sındıra bilmədi, əksinə, bizi daha da birləşdirdi. Hər il 26 Fevralda alovlanan şamlar əslində sönməyən ədalət istəyimizin rəmzidir. Şəhidlərin ruhu qarşısında baş əyərkən, həm də söz veririk ki, həqiqətləri unutdurmayacağıq. Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırıldıqca tarixi ədalətə doğru bir addım da atılmış olur. Bu gün azad torpaqlarda dalğalanan bayrağımız şəhidlərimizin əmanətidir. Onların xatirəsi bizim üçün həm kədər, həm qürur, həm də məsuliyyətdir. Gələcək nəsillər Xocalını yalnız faciə kimi deyil, həm də dirəniş və milli ləyaqət nümunəsi kimi öyrənməlidir. Çünki Xocalını unutmaq öz tarixini unutmaq deməkdir. 26 Fevral xalqımızın yaddaşında əbədi olaraq həm matəm, həm də ədalət andı kimi yaşayacaq. İllər sonra Xocalı şəhərinin işğaldan azad olunması xalqımız üçün tarixi ədalətin təntənəsi oldu. Bu azadlıq xəbəri təkcə bir ərazinin deyil, həm də milli qürurun geri qayıdışı kimi qarşılandı. Şəhidlərin ruhu qarşısında verilən söz yerinə yetirildi və doğma torpaqlarda üçrəngli bayraq yenidən ucaldı. Xocalının azad olunması illərlə qəlbimizdə daşıdığımız nisgilin bir hissəsini sevincə çevirdi. Bu gün Xocalı torpağında aparılan bərpa və quruculuq işləri gələcəyə inamın, həyatın yenidən doğuluşunun rəmzidir
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
İnformatika müəllimi Səkinə Əliyeva


Tarix: Bu gün, 10:39


Bölməyə aid digər xəbərlər
24-02-2024, 10:52 Xocalı Soyqırımı


«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728