
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov partiyanın veteran üzvü Əlövsət Rzaquliyevi 75 illik yubileyi münasibətilə ziyarət edərək onu səmimi-qəlbdən təbrik etmişdir. Görüş zamanı yubilyara möhkəm cansağlığı, uzun ömür və ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulanmışdır.
İlqar İlyasov qeyd etmişdir ki, Əlövsət Rzaquliyev uzun illər ərzində partiyanın ideya və prinsiplərinə sədaqətlə xidmət göstərmiş, partiya dəyərlərinin təbliğində və rayonun ictimai-siyasi həyatında daim fəal və prinsipial mövqe nümayiş etdirmişdir. O, eyni zamanda təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti ilə gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına və hərtərəfli inkişafına mühüm töhfələr vermişdir.
Yubilyarın çoxillik ictimai-siyasi fəaliyyəti, partiya sıralarında nümunəvi xidməti və təhsil sahəsində qazandığı nailiyyətlər yüksək qiymətləndirilərək, o, fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunmuşdur.
Əlövsət Rzaquliyev ona göstərilən diqqətə və əməyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirmiş, bundan sonra da partiyanın fəaliyyətində fəal iştirak edəcəyini və dövlətçilik dəyərlərinə sadiq qalacağını vurğulamışdır.



Bölməyə aid digər xəbərlər









Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.