
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları Novruz bayramı münasibətilə respublikamızın müxtəlif şəhər və rayonlarında uşaqlar üçün silsilə bayram tədbirləri təşkil edirlər.
Şənliklər çərçivəsində azyaşlılar üçün rəngarəng və əyləncəli proqramlar təqdim olunur, müxtəlif oyunlar təşkil edilir, uşaqlara bayram hədiyyələri verilir.
Bayram tədbirləri Şərqi Zəngəzur və Qarabağ bölgəsində yaşayan uşaqları da əhatə edib. Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa, Ağdam, Kəlbəcər, Xankəndi və Xocalıda keçirilən şənliklərdə AHİK nümayəndələri uşaqları Novruz bayramı münasibətilə təbrik edib, onların öz doğma torpaqlarında bayramı qeyd etmələrinin xüsusi sevinc və qürur hissi doğurduğunu vurğulayıblar.
Tədbirlərdə həmçinin Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə respublikamızda uşaqların sağlam, hərtərəfli və Vətənə layiqli vətəndaş kimi yetişməsi üçün yaradılan şəraitdən bəhs olunub. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların rifahına yönəlmiş sosial-humanitar layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb.
Novruz şənliklərində uşaqlar şeirlər səsləndirib, sevinclərini bölüşüblər.
Tədbirlərin sonunda AHİK tərəfindən azyaşlılara bayram sovqatları təqdim olunub.















Bölməyə aid digər xəbərlər









Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.