Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır

ilham-eliyev-ve-andrey-babis-metbuata-beyanatlarla-cixis-etdiler

İqtisadi sahəyə dair səsləndirilən fikirlər isə Azərbaycan diplomatiyasının ənənəvi yanaşmasından enerji resursları üzərindən qurulan əməkdaşlıq modelindən daha geniş iqtisadi inteqrasiyaya keçid niyyətini açıq şəkildə nümayiş etdirir. Azərbaycanla Çexiya arasında enerji təhlükəsizliyi və digər müxtəlif sahələr üzrə əməkdaşlıq da genişlənir. Bu, hərbi təyinatlı məhsulların idxalına da aiddir. Azərbaycanla Çexiya arasında hərbi məhsulların birgə istehsalı ilə bağlı danışıqlar da aparılmışdır, bu danışıqlarda birgə istehsal da müzakirə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında daha sonra dedi: “Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.



Tarix: 29-04-2026, 16:11


Bölməyə aid digər xəbərlər