
Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universitetinin açılması Azərbaycanın ali təhsil sistemində mühüm hadisə kimi yadda qaldı. Bu əlamətdar hadisə ölkəmizin beynəlxalq təhsil məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Müasir dövrün tələblərinə cavab verən, innovativ yanaşmalar əsasında fəaliyyət göstərəcək bu universitet, gənclərin yüksək səviyyəli təhsil almasına geniş imkanlar yaradır.
Azərbaycanın təhsil sahəsində qazandığı uğurların təməlində Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji inkişaf xətti dayanır. Ulu öndərin təhsilə verdiyi xüsusi önəm nəticəsində bu sahədə möhkəm baza formalaşdırılmışdır. Bu siyasət bu gün də uğurla davam etdirilir.
Məhz bu davamlı siyasətin nəticəsi olaraq cənab prezident İlham Əliyev tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğı nəticəsində ölkəmizdə yeni ali təhsil müəssisələri yaradılır, mövcud universitetlərin maddi-texniki bazası gücləndirilir, beynəlxalq əməkdaşlıq genişləndirilir. İtaliya-Azərbaycan Universitetinin yaradılması da bu istiqamətdə atılmış mühüm addımlardan biridir.
Bu universitetin açılması Azərbaycan ilə İtaliya arasında elm və təhsil sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. İtaliyanın qabaqcıl təhsil ənənələri ilə Azərbaycanın inkişaf edən təhsil sistemi arasında qurulan bu körpü tələbələrə həm nəzəri, həm də praktik biliklər əldə etmək imkanı yaradır. Burada tədris prosesinin beynəlxalq standartlara uyğun təşkili, müasir laboratoriyaların yaradılması və xarici mütəxəssislərin cəlb olunması xüsusi əhəmiyyət daşıyır.
İtaliya-Azərbaycan Universiteti yalnız bir təhsil müəssisəsi deyil, eyni zamanda mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən mühüm platformadır. Bu ali məktəbdə təhsil alan tələbələr müxtəlif mədəniyyətləri daha yaxından tanımaq, fərqli düşüncə tərzlərini mənimsəmək imkanı əldə edəcəklər. Bu isə gələcəkdə onların daha geniş dünyagörüşünə malik, rəqabətqabiliyyətli mütəxəssislər kimi formalaşmasına zəmin yaradacaq.
Nəticə etibarilə, İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başlaması ölkəmizin təhsil tarixində mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. Bu ali təhsil ocağı gələcək nəsillərin bilikli, bacarıqlı və vətənpərvər ruhda yetişməsində mühüm rol oynayacaqdır.
Ramana qəsəbəsi, 337 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Kənan Quliyev
Bölməyə aid digər xəbərlər










