12:14 / 28-01-2025
Baş nazir QƏRAR İMZALADI
Xankəndini tərk etmiş ermənilərin evləri Xırdalan sakinlərinin mülkiyyət hüququndan daha etibarlı qorunur

Xankəndini tərk etmiş ermənilərin evləri Xırdalan sakinlərinin mülkiyyət hüququndan daha etibarlı qorunur

“Həqiqət carçısı” qəzetinin oxucularına məlumdur ki, ictimai həyatın neqativ hallarından biri kimi vüsət almaqda olan qanunsuz tikililərə rəvac verən məmurları dəfələrlə tənqid etmişik. Belə neqativ halların ən çox müşahidə olunduğu Abşeron rayonunun Xırdalan şəhərində isə rast gəldiyimiz qanunsuzluqlar əməlli-başlı residivə çevrilib.

Son illər apartman biznesinin sürətlə inkişaf etdiyi bu rayona Abdin Fərzəliyevin Abşeron Rayon İcra Hakimiyyətinə başçı təyin olunması prosesi daha da sürətləndirib. Xatırladaq ki, oxucuların diqqətinə çatdırdığımız bir məsələ Xırdalan şəhəri Heydər Əliyev prospektində, daha dəqiq desək, əvvəlki təcili tibbi yardım stansiyasının yaxınlığında təqribən ümumi sahəsi 1200 kv/m olan ərazidə gedən qanunsuz tikinti işləri idi. Yazmışdıq ki, orada Murad adlı şəxs ikimərtəbəli fərdi yaşayış evinin inşa olunacağı adı ilə əslində əlamətlərindən (sahə və bünövrəsinin miqyasına görə) göründüyü kimi çoxmərtəbəli apartman tikməklə məşğuldur. Məlumatın izi ilə araşdırma apardığımız zaman adı çəkilən Murad adlı şəxs və köməkçisi İlham bizimlə telefon söhbətində etiraf etmişdilər ki, ilk əvvəl onlar sözügedən ərazidə işlərə başlasalar da, sonradan məsələyə müdaxilə edən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Mamed (Məmməd) adlı əməkdaşı təzyiq göstərərək iş aparmaq imtiyazını əllərindən alıb: “Köhnə təcili yardım stansiyasının artıq şəxsi mülkiyyətdə olan ərazisini də ələ keçiriblər. Biləsiniz, birinci xanımın, Paşayevlərin adından istifadə edirlər. Həmin ərazinin yaxınlığındakı zibil qutuları qoyulan yeri də polkovnik rütbəli zabitə veriblər”.

Bu söhbətdən sonra mövzu ilə əlaqədar dərc etdiyimiz növbəti məqaləni bu sualla yekunlaşdırmışdıq: Abşeron Rayon İcra Hakimiyyətinin belə situasiyalarda yayındırıcı cavablar verməsi (və yaxud, heç cavab verməməsi)  çoxdan ənənəyə çevrilib – Cənab başçı Abdin Fərzəliyev də sələflərinin ənənəsini davam və inkişaf etdirməkdədir. Maraqlıdır, görəsən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyev məsələyə necə münasibət bildirəcək. Bəs, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbov öz əməkdaşlarının qanunu tapdalayaraq ölkənin Birinci Vitse-Prezidentinin adı ilə möhtəkirlik etməsinə hansı reaksiyanı verəcək?” Bu sıraya Fövqəladə Hallar Nazirliyinin susqunluq göstərən Regional İdarəsini də əlavə etmək olar. Çünki məlum tikinti işlərinin mənfi nəticəsindən dolayı qonşuluqda yaşayan sakinlərdən birinin evinin divarlarının çatlaması, digərlərinin evlərinə aparan səkinin zəbt olunması haqda adları çəkilən qurumlara şikayətləri qətiyyən nəzərə alınmayıb, sanki eşitmirlər, görmürlər. B u dəqiqə Xankəndini tərk etmiş ermənilərin evləri, mülkiyyət hüquqları Xırdalan sakinlərininkindən daha etibarlı qorunur.

Təəccüblü burasıdır ki, biz yazandan sonra həmin ünvandakı qanunsuz tikilidə işlər daha da sürətləndirilib. Bu isə ikiqat narahatlıq doğurur. Ona görə ki, tikinti işləri “toxunlumazlıq” statusu, ölkə qanunlarına tüpürmək imtiyazı olan hansısa nüfuzlu şəxs tərəfindən həyata keçirilirsə, o şəxsi durdurmaq mümkün deyilsə, cavabdeh vəzifəli məmurlar qoy bunu açıqca etiraf etsinlər. Biz jurnalistlər də öz növbəmizdə məsələnin məğzini oxucularımıza bİldirib kənara çəkilək. Heç olmasa, inşaat işləri öz anormal axarı ilə, ən azı daşı daşa pərçimləyən sementin qurumasına yetəcək qədər vaxt ərzində həyata keçirilsin. Qanunsuz olması, inşaat normalarına cavab verməməsi bir yana, digər tərəfdən də işlərin tələm-tələsik, “ala başına – kül başına” görülməsi binanın onsuz da şübhəli olan sonrakı aqibətini ikiqat təhlükə altına qoyur


Tarix: 30-11-2023, 12:35


Bölməyə aid digər xəbərlər