23:13 / 20-09-2026
Təbiətə Sahib Çıxmaq Gələcəyin Haqqını Qorumaqdır
22:37 / 04-09-2026
“Ordubad Supermarket” – Sumqayıtda Alış-Veriş Mədəniyyətinə Öz Yanaşmasını Gətirən Ünvan
22:16 / 03-09-2026
Göyçay Pendir Sexi – Ənənəvi Pendir Dadını Süfrələrə Daşıyan Yerli İstehsal
22:12 / 03-09-2026
Ramin Ağazadə: Azərbaycanın Yeni Siyasi Xətti: Cənubi Qafqazdan Mərkəzi Asiyaya Uzanan Əməkdaşlıq Məkanı
22:09 / 03-09-2026
11 Saylı Cəzaçəkmə Müəssisəsində Nizam-İntizam və Peşəkar İdarəçilik – Şakir Qəniyev
22:06 / 03-09-2026
Green Villa Baku – Paytaxtda Rahat Yaşayışın Fərqli Ünvanı
00:58 / 03-09-2026
Rüfət Sucayev: Azərbaycan Avrasiyada Yeni Əməkdaşlıq Xəritəsinin Formalaşmasında Mühüm Söz Sahibinə Çevrilir
00:55 / 03-09-2026
Münasib Qurbanov: Azərbaycanın Avrasiyada Güclənən Mövqeyi - Bakı Yeni Əməkdaşlıq Coğrafiyasının Mərkəzində
00:52 / 03-09-2026
Şahnaz xanım: Azərbaycanın Mərkəzi Asiya ilə Strateji Tərəfdaşlığı Yeni Mərhələyə Qədəm Qoyur
00:40 / 03-09-2026
Cəmilə Talıbova – Uşaqların Sağlam Gələcəyi Naminə Peşəkarlıq və Şəfqətlə Görülən Şərəfli İş
00:37 / 03-09-2026
Qüdrəddin Verdixanov – Binəqədi Bələdiyyəsində Vətəndaşa Diqqəti və Sosial Həssaslığı ilə Seçilən İdarəçi
00:33 / 03-09-2026
Dr. Həsən Əsədov – Cərrah Dəqiqliyini İnsan Taleyinə Qayğı ilə Birləşdirən Tanınmış Həkim
22:23 / 27-08-2026
Vaqif Müslümov – Xətai Rayonunda Asayişin və Vətəndaş Güvəninin Keşiyində Dayanan Polis Polkovniki
22:17 / 27-08-2026
Şamaxıda Vətəndaşla Birbaşa Ünsiyyət və Yerində Həll Prinsipi – Tahir Məmmədovun İdarəçilik Yanaşması
22:15 / 27-08-2026
Sərxan İsmayılov: Mehriban Əliyevanın Ömür Yolu Dövlətə Sədaqətin, Xalqa Xidmətin və Nəcib Əməllərin Parlaq Təcəssümüdür
22:14 / 27-08-2026
Kamaləddin Babayev – Peşəkar İdarəçilik, İnsanlara Dəyər və Sosial Həssaslıq Nümunəsi
22:12 / 27-08-2026
Murad müəllim: Mehriban Əliyeva – Dövlətçilik Dəyərlərinə Sədaqətin, Xalqa Qayğının və Nəcib Missiyanın Parlaq Təcəssümü
14:06 / 23-07-2026
Nazim müəllim: İlham Əliyevin rəhbərliyi ilə güclənən Azərbaycan: Qələbədən quruculuğa uzanan inkişaf yolu
23:47 / 21-07-2026
Vüqar müəllim: Azərbaycan mətbuatı şərəfli və mütərəqqi inkişaf yolu keçib
23:43 / 21-07-2026
Rafiq Quluyev: Azərbaycan Mətbuatı - Dövlət Dəstəyi, Peşəkarlıq və Rəqəmsal Gələcək
23:30 / 21-07-2026
Yusif Hüseynov: Milli mətbuat - dövlətçilik məfkurəsinin, milli həmrəyliyin və həqiqətin tribunası
23:26 / 21-07-2026
Cəsarət Əhmədov: Milli maraqların müdafiəsində mətbuatın mühüm rolu var
23:15 / 21-07-2026
Faiq Seyidov: Azərbaycan mətbuatı zəngin və şərəfli inkişaf yoluna malikdir
23:06 / 21-07-2026
Elşən Abusov: Azərbaycan milli mətbuatı - şərəfli inkişaf salnaməsi
21:51 / 15-07-2026
İnfrastrukturun İnkişafına Dəyərli Töhfələr Verən Rəhbər – Aqibət Məmmədovun Fəaliyyəti
23:18 / 13-07-2026
Sultan Əmiraslanov – Qaradağ Rayonunda Dayanıqlı Su Təchizatının və Fədakar Xidmətin Uğurlu Rəhbəri
23:17 / 13-07-2026
Məsuliyyətli idarəçilik və nümunəvi fəaliyyətin siması – Qaradağ Rayon Sukanal İdarəsinin rəis müavini İzmir Əmirov
İntensiv bağçılıq sahəsində azad edilmiş torpaqlarda, xüsusilə Zəngilanın Ağalı kəndi yaxınlığında salınmış meyvə bağları uğurlu nümunədir
Bölməyə aid digər xəbərlər

Müasir dövrdə qlobal çağırışlar və ərzaq təhlükəsizliyi aqrar sektorun elmi əsaslarla idarə olunmasını zəruri edir. Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətidir. Əsas məqsəd məhsuldarlığı artırmaq və torpaqların dəqiq analizini aparmaqdır. Rayonlaşma prinsiplərinə uyğun olaraq, hər bir bölgənin iqlim və torpaq strukturuna müvafiq məhsulun yetişdirilməsi əsas götürülür. Bu
proseslərdə rəqəmsallaşma, elektron verilənlər bazası və peyk imkanlarından geniş istifadə edilir.
Bu çərçivədə hər bir əkin sahəsinin xüsusi torpaq pasportunun hazırlanması nəzərdə tutulur. Dövlətin aqrar siyasəti daxili tələbatı tam ödəməklə yanaşı, ixrac bazarlarının şaxələndirilməsinə yönəlmişdir. Fermerlərin fəaliyyətini stimullaşdırmaq məqsədilə tətbiq olunan çevik subsidiyalaşdırma mexanizmləri uzunmüddətli və sabit şərtlərlə həyata keçirilir.
Kənd təsərrüfatında yüksək məhsuldarlıq birbaşa texniki təminatın səviyyəsindən asılıdır. Son illərdə Azərbaycanda texnika parkı tamamilə yenilənmiş, fermerlərin lizinq şərtləri ilə müasir aqrar maşınlara çıxışı təmin olunmuşdur. Digər mühüm istiqamət yerli gübrə istehsalıdır. Karbamid zavodunun fəaliyyəti sayəsində azot gübrəsinə olan daxili tələbat ödənilir və ixrac həyata keçirilir. Eyni zamanda, qarışıq gübrə istehsalının
ölkəmizdə təşkili istiqamətində addımlar atılır.
İstehsal edilən məhsulların itkisiz saxlanması üçün ölkədə 400 min ton tutumlu müasir soyuducu anbarlar şəbəkəsi yaradılmışdır. Artan istehsal dinamikasını qarşılamaq məqsədilə bu infrastrukturun yaxın gələcəkdə əlavə 100 min ton artırılaraq 500 min tona çatdırılması hədəflənir.
Su təchizatı kənd təsərrüfatının dayanıqlı inkişafının əsas şərtidir. Ölkəmizdə Taxtakörpü və Şəmkirçay kimi nəhəng su anbarlarının inşası aqrar sahəyə böyük töhfə vermişdir. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında su resurslarının bərpası üzrə irimiqyaslı layihələr icra olunur. Dağıdılmış su infrastrukturunun bərpası çərçivəsində Xaçınçay, Köndələnçay, Suqovuşan, Sərsəng və Zabuxçay su anbarları yenidən qurulmuş, Bərgüşad və Həkəri çayları üzərində isə yeni anbarların inşasına başlanılmışdır.
Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatları ölkəmizin ümumi su balansının təqribən 25 faizini təşkil edir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə vaxtilə ətraf rayonların su təminatı üçün qurulmuş bu sistemlər hazırda tam bərpa edilir. Şirvan və Qarabağ kanallarının beton kanal olaraq yenidən inşası nəticəsində yüz minlərlə hektar torpaq sahəsi müasir suvarma şəbəkəsi ilə təmin olunmaqla məhsuldarlığı kəskin şəkildə
artıracaqdır. Aparılan islahatlar nəticəsində məhsuldarlıq göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlmişdir. Taxılçılıqda hektardan orta məhsuldarlıq 3,2 tona çatdırılmışdır və əsas hədəf bu göstəricini ən azı 5 tona çatdırmaqdır. Pambıqçılıqda isə məhsuldarlıq hektara 3,6 tona yüksəlmişdir. Dövlətin strateji məqsədi xaricə təkcə mahlıç deyel, tam emal olunmuş hazır iplik və toxuculuq məhsulları ixrac etməkdir.
İntensiv bağçılıq sahəsində azad edilmiş torpaqlarda, xüsusilə Zəngilanın Ağalı kəndi yaxınlığında salınmış meyvə bağları uğurlu nümunədir. Bu regionlarda minimum 20 min hektar intensiv bağların qurulması planlaşdırılır. Eyni zamanda, mövcud 1500 hektarlıq istixana sahələrinin daha 500 hektar genişləndirilməsi nəzərdə tutulur. Ərzaq təhlükəsizliyinin təmin olunmasında ət, süd və quş əti istehsalı üzrə daxili təminat
səviyyəsinin 100 faizə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Aqrar sektorda qarşıya qoyulmuş strateji hədəflərə nail olmaq və idarəetməni tənzimləmək məqsədilə cənab prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq
edilmişdir. Bu sənəd ölkənin aqrar gələcəyini müəyyən edən fundamental yol xəritəsidir. Proqramın icrası üçün dövlət xətti ilə təqribən 2 milyard manat, özəl sektor tərəfindən isə 3 milyard manatdan çox vəsaitin cəlb olunması planlaşdırılır. Aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyəti ilə proqramın uğurla reallaşdırılması Azərbaycanın aqrar-sənaye potensialını qlobal rəqabətədavamlı seviyyəyə qaldıracaq və
ölkəmizin dayanıqlı inkişafını təmin edəcəkdir.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
informatika müəllimi Aysel Mustafayeva
Tarix: 26-05-2026, 12:44
Bölməyə aid digər xəbərlər
26-05-2026, 12:35
Azərbaycan məhdud su ehtiyatlarına malik ölkələr sırasında olduğundan su resurslarının düzgün idarə olunması aqrar siyasətin mühüm istiqamətlərindən biridir
10-03-2026, 21:33
Sabirabadın aqrar inkişafına töhfə verən rəhbər: Heydər Yaqubovun məsuliyyətli fəaliyyəti və dövlətə sədaqətli xidmət yolu
18-12-2024, 14:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
26-05-2026, 12:41
Azərbaycan aqrar sahədə ənənəvi üsullardan müasir idarəetmə modelinə keçidi sürətləndirməyə çalışır
15-10-2025, 13:35
Səttar Möhbalıyev: Zəngilan qayıdışın, dirçəlişin və gələcəyin şəhəridir









Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.