
26 İyun -Azərbaycan Silahlı Qüvvələr Günüdür. Yəni şanlı Azərbaycan ordusunun yarandığı gündür. Əsası 1918-ci il 26 iyinda qoyulan ordumuz Şərqin ilk müstəqil cümhuriyyətinin ordusu idi. Əfsanəvi generallar Səməd bəy Mehmandarov , Əlağa Şıxlinsi tərəfindən əsası qoyulan ordu qısa müddət ərzində Cümhuriyyətin müdafiəsi uğrunda şərəflə vuruşdu.Çar hökuməti zamanımda orduya cəlb edilməyən Azərbaycan gəncləri müstəqil dövlətimizin ordusunda hərb sənətini tezliklə mənimsədi.
Ümummili liderimizin təşəbbüsü ilə 1971-ci ildə General Cəmşid Naxçivanski adına Hərbi məktəbin yaradılmasında əsas məqsəd azərbaycanlılar içərisində peşəkar hərbçilərin yetişdirilməsi idi.
Bu gün 108 illiyinə şərəflə qədəm qoyan Azərbaycan ordusu Cənab Prezidentininizin qeyd etdiyi kimi dünyanın 50 ən yaxşı ordusu sırasındadır.Çünki 2-ci Qarabağ müharibəsi zamanı Azərbaycanın şanlı ordusu müasir hərbi üsullarla döyüşdü.Bütün dünya Azərbaycanın hərb sənətindəki təcrübəsindən bəhs edir
Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezidentimiz tərəfindən davam etdirilən dövlətçilik siyasətinin nəticəsində iqtisadiyyatımız və ordumuz həm texnika,həm də peşəkar hərbçilərlə güclənmişdir.
Bu gün Azərbaycan ordusu General Polad Həşimov,Mübariz İbrahimov kimi qəhrəmanları yetişdirən qalib ordudur. 44 gün ərzində zəfəri bizə yaşadan , Qarabağın hər qarışına üçrəngli bayrağımızı sancan, 23 saat ərzində anti-terror əməliyyatı ilə Xankəndini,Xocalını azad edən,düşməni diz çökdürən ordudur.
Zəfərin də, qalibiyyətində daimi olsun ,şanlı ordumuz!Torpaqlarımız uğrunda qan tökən şəhidlərimizə,qazilərimizə eşq olsun!
Sabunçu qəsəbəsi, 155 nömrəli tam ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva
Bölməyə aid digər xəbərlər









Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.