01:35 / 02-07-2026
Azərbaycanda Polis Günüdür
Cənubi Qafqazın yeni reallıqları Azərbaycanın rolunu xeyli gücləndirib

Cənubi Qafqazın yeni reallıqları Azərbaycanın rolunu xeyli gücləndirib

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində keçirilmiş görüşlər, danışıqların yekunu bir daha göstərdi ki, bizim də dünya ailəsində sayılıb-seçilən dövlətimiz var. Söhbət əsrlər boyu imperiyalar, dövlətlər quran, dünyaya mədəniyyətlər bəxş edən ləyaqətli, qürurlu bir millətin yaratdığı dövlətdən gedir. Cənubi Qafqaz Xəzər hövzəsini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən yeganə sabit quru marşrutlarından biri kimi ön plana çıxır. Xüsusilə Ukrayna müharibəsindən sonra Avropa İttifaqı üçün bu marşrutun strateji əhəmiyyəti daha da artıb. Şimal marşrutu Rusiya üzərindən keçdiyi üçün siyasi risk daşıyır, cənub istiqaməti isə Yaxın Şərqdə davam edən böhranlar səbəbindən qeyri-müəyyən olaraq qalır. Belə şəraitdə Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə xətti Avropa üçün ən real alternativlərdən biri kimi çıxış edir. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu son iyirmi ildə formalaşdırılmış strateji investisiyaların nəticəsidir. Bu layihələr Azərbaycanın uzunmüddətli dövlət siyasətinin məhsuludur.
Qarabağ və Şərqi Zəngəzurun bərpa olunan enerji imkanları, eyni zamanda Mərkəzi Asiya ölkələrinin yaşıl enerji resurslarının Azərbaycan vasitəsilə Avropaya nəqli yeni enerji əməkdaşlığı modelinin formalaşdığını göstərir.Qara dənizin dibi ilə elektrik enerjisi kabelinin çəkilməsi layihəsi də bu strateji baxışın mühüm elementlərindən biridir. Layihə Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətinə mühüm töhfə verməklə yanaşı, Azərbaycanın enerji tranzit mərkəzi kimi rolunu daha da gücləndirir. Səfər çərçivəsində Ursula fon der Lyayenin enerji ilə yanaşı enerji konnektivliyi üzrə ayrıca tərəfdaşlıq platformasının yaradılması təşəbbüsü ilə çıxış etməsi də diqqət çəkir. Bu təşəbbüs göstərir ki, Avropa İttifaqı Azərbaycanı təkcə enerji ixracatçısı deyil, bütövlükdə Avrasiya enerji məkanını birləşdirən strateji tərəfdaş kimi qiymətləndirir.
Regionda bütün kommunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcək. Eyni zamanda, Ermənistan sərhədinə doğru dəmir yollarının tikintisinə başlanılıb. Biz öz ərazimizdə Ermənistan ərazisinə doğru 100 kilometrdən çox magistral və dəmir yolları tikməliyik. Ermənistan ərazisində bu, təxminən cəmi 40 kilometrdir. Bu çətinliklərə baxmayaraq, regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır. Bu, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq imkanı yaradır. Bu, həm də Azərbaycan üçün Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradır və regionun ölkələri - Azərbaycan, İran, Türkiyə bu yanaşmaya güclü dəstək verir. Sağlam düşüncə, bütün deyilənlərdən çıxan nəticə artan potensiala dəlalət edir ki, bunun da alternativi yoxdur.
Samiyə Abdulkərimova -12 saylı şəhər poliklinikasının baş həkimi


Tarix: Bu gün, 11:47


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031