
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar “Bilik Günü” keçirilib.
aia.az xəbər verir ki, tədbirdə AHİK-in və Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən AHİK sədrinin müavini Musa Mirzəyev müəllimləri, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Ölkəmizdə gənclərə və təhsilə göstərilən dövlət qayğısından danışan Musa Mirzəyev təhsilin insan kapitalının inkişafında mühüm rolunu vurğulayıb, tələbələrə təhsil həyatında uğurlar arzulayıb.
Akademiyanın rektoru vəzifəsini icra edən Fərid Babayev ali təhsil ocağında tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təhsil imkanlarının genişləndirilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib.
AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev tələbələri ölkəmizdə təhsil üçün yaradılmış imkanlardan və Akademiyada yaradılan əlverişli təhsil mühitindən yararlanmağa, bilik və bacarıqlarını davamlı inkişaf etdirməyə dəvət edib.
Valideyn Vüsalə Əsgərova isə Akademiyada tələbələrin hərtərəfli təhsil alması və inkişafı üçün yaradılan şəraitdən məmnunluğunu ifadə edib, gənclərin yüksəkixtisaslı mütəxəssis kimi formalaşmasında əməyi olan müəllimlərə təşəkkürünü bildirib.
Tədbir çərçivəsində tələbələr və valideynlər Akademiyada təhsil üçün yaradılmış şəraitlə tanış olublar.








Bölməyə aid digər xəbərlər









Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.