Türk dünyasının yüksələn gücü-Azərbaycan

Türk dünyasının yüksələn gücü-Azərbaycan


Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişdiyi, təhlükəsizlik çağırışlarının genişləndiyi və yeni əməkdaşlıq formatlarının aktuallıq qazandığı bir mərhələdə Türk Dövlətləri Təşkilatının (TDT) qarşısında mühüm vəzifələr dayanır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı yalnız konkret bir toplantının gündəliyinə münasibət bildirməklə məhdudlaşmayan, Türk dünyasının gələcək inkişaf istiqamətlərinə dair geniş strateji baxışları özündə əks etdirən mühüm siyasi mesajlar kimi diqqəti cəlb edir. Prezidentin çıxışı TDT-nin mövcud potensialının daha səmərəli şəkildə səfərbər edilməsinin, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin və təşkilatın beynəlxalq arenadakı rolunun gücləndirilməsinin zəruriliyini bir daha ortaya qoyur.
Bakıda TDT-nin təhlükəsizlik şuraları katiblərinin Beşinci Toplantısının keçirilməsi təşkilat daxilində əməkdaşlığın artıq siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığını, təhlükəsizlik məsələlərinin də getdikcə daha sistemli və institusional müstəvidə müzakirə olunduğunu göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müxtəlif formatlarda keçirilən görüşlər beynəlxalq gündəlik, təhlükəsizlik, multikulturalizm, ticarət, nəqliyyat və humanitar əməkdaşlıq kimi geniş spektrli məsələləri əhatə edir. Bu yanaşma TDT-nin yalnız ortaq tarix və mədəniyyət üzərində qurulan əməkdaşlıq platforması deyil, həm də müasir dünyanın mürəkkəb çağırışlarına cavab verməyə qadir olan çoxşaxəli bir təşkilat kimi inkişaf etdiyini göstərir. Rəsmi çıxışda təşkilatın 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonrakı inkişaf yolu xüsusi qeyd olunur.
Prezidentin çıxışında diqqəti cəlb edən əsas məsələlərdən biri TDT məkanının malik olduğu geniş geosiyasi, iqtisadi və coğrafi imkanlardır. Türk dövlətləri Avropa ilə Asiyanı birləşdirən mühüm coğrafi məkanda yerləşir. Bu ərazidən keçən enerji və nəqliyyat dəhlizləri yalnız üzv ölkələrin deyil, daha geniş regionların iqtisadi və strateji maraqları baxımından da mühüm əhəmiyyət daşıyır. Bu reallıq Türk Dövlətləri Təşkilatının qarşısında yeni imkanlar açır və onun beynəlxalq bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumi regional təhlükəsizlik məsələlərində rolunun daha da artırılmasını zəruri edir.
Bakı görüşündə səslənən fikirlər Türk dünyasının qarşıdakı mərhələsinə dair mühüm siyasi və strateji istiqamətləri müəyyənləşdirir. Bu istiqamətlərin uğurla həyata keçirilməsi isə yalnız dövlətlərin deyil, bütün cəmiyyətlərin, xüsusilə gənc nəslin fəal iştirakı, ortaq dəyərlərə bağlılığı və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə mümkün olacaq.
Altun İbrahimov – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi


Tarix: Bu gün, 13:50


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930