Son vaxtlar qəbul olunmuş dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək

Son vaxtlar qəbul olunmuş dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək


Son illərdə Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar və qəbul olunmuş dövlət proqramları ölkə iqtisadiyyatının dayanıqlı və hərtərəfli inkişafını təmin edir. Müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli iqtisadi inkişaf strategiyası bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir dövrün tələblərinə uyğun olaraq yeni mərhələdə daha da təkmilləşdirilir.
Qəbul edilən strategiyalar, regional inkişaf proqramları və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan məqsədyönlü addımlar qeyri-neft sektorunun sürətli inkişafına böyük təkan verir. Dövlət proqramlarının ardıcıl icrası nəticəsində ölkə üzrə yeni iş yerləri açılır, infrastruktur tamamilə yenilənir və regionların iqtisadi potensialı əhəmiyyətli dərəcədə artırılır. Xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpası, "yaşıl enerjiyə" keçid və rəqəmsallaşma sahəsində qəbul edilən qərarlar ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.
Bütün bu dövlət proqramları ölkəmizin maliyyə müstəqilliyini təmin etməklə yanaşı, əhalinin sosial rifah halının yüksəlməsinə və milli iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinin daha da artmasına xidmət edir.

M.Ə.Sabir adına 259 saylı tam orta ümumtəhsil məktəbi public hüquqi şəxs
ibtidai sinif müəllimi Təranə Ağabəyova


Tarix: Bu gün, 11:07


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930