19:30 / 11-11-2026
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
00:53 / 07-11-2026
Həyatla Zaman Arasında Verilən Qərarlar – Təcili Tibbin Peşəkar Həkimi Aydan xanım
22:44 / 28-10-2026
Qarabağın Dirçəlişinə Əmək, Doğma Torpağa Sədaqət – Müşfiq Adıgözəlovun Məsuliyyətli Fəaliyyət Yolu
22:42 / 28-10-2026
Müəllim Zəhmətinə Verilən Dəyər, İnsanlara Qayğı və Şərəfli Ömür Yolu – Niyazi Nəcəfov
22:40 / 28-10-2026
İnsanların Xoşbəxt Anlarına Dəyər Qatan Sahibkar – “Xudafərin” Şadlıq Sarayının Rəhbəri Siyavuş Əsgərov
22:36 / 28-10-2026
Ağstafanın Tərəqqisinə Düşünülmüş Qərarlar və Məsuliyyətli Əməklə Xidmət – İlqar Hacıyev
22:34 / 28-10-2026
Gələcəyin Savadlı Nəslini Yetişdirən, Təhsilə və Mənəvi Dəyərlərə Önəm Verən Rəhbər – Pənah Babayev
22:32 / 28-10-2026
Təbiətə Sevgi, Vətənə Bağlılıq və Məsuliyyətli İdarəçilik – Rafiq Ədilovun Fəaliyyət Yolu
22:29 / 28-10-2026
Cərrahın Məharəti, Alimin Zəkası və İnsanlara Şəfa Vermək Amalı – Dosent Həsən Əsədov
22:27 / 28-10-2026
İnsanların Ev Arzusuna Dəyər Qatan Sahibkar – “Orbita” MTK-nın Rəhbəri Famil Bağıyev
22:37 / 25-10-2026
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
01:37 / 19-10-2026
Həbib Həsənov – Qanunun Aliliyinə, Ədalətə və İnsan Hüquqlarına Xidmət Edən Məhkəmə Rəhbəri
01:35 / 19-10-2026
Nurlan Əhmədov – Doğma Kəndinə Bağlılığı, İnsanlara Qayğısı və Məsuliyyətli Fəaliyyəti ilə Tanınan Bələdiyyə Sədri
01:32 / 19-10-2026
Mürsəl Eminov – Vətəndaşa Qayğı, Dövlətə Sədaqət və Məsuliyyətli İdarəçilik Dəyərləri
01:30 / 19-10-2026
Dr. Afər Allahverdiyev – İnsanlara Şəfa, Həkimlik Sənətinə Şərəf Verən Neyrocərrah
01:26 / 19-10-2026
Mustafa Əliyev – Halal Zəhməti, İşgüzarlığı və İnsanlara Dəyər Verən Sahibkarlıq Fəaliyyəti ilə Seçilən İş Adamı
01:23 / 19-10-2026
Empire by Asthetik Lab – Zərifliyin, Estetik Yenilənmənin və Müasir Gözəllik Texnologiyalarının Ünvanı
01:20 / 19-10-2026
Şahin Tağıyev – Novxanının Abadlığına, Sakinlərin Qayğılarına və İctimai Həmrəyliyə Yönələn Fəaliyyət
01:18 / 19-10-2026
İlham Müəllim – Halal Zəhməti, İşgüzarlığı və İnsanlara Dəyər Verən Sahibkarlıq Fəaliyyəti ilə Seçilən İş Adamı
01:15 / 19-10-2026
Məzahir Səlimov – Vətənə Sədaqəti, Zəhməti və Peşəkarlığı ilə Seçilən Rəhbər
22:41 / 05-10-2026
Sərxan İsmayılov: Xalq-iqtidar birliyi sabitliyin qarantıdır
22:39 / 05-10-2026
Novxanının qayğısını gündəlik əməli işə çevirən rəhbər – Şahin Tağıyev
22:36 / 05-10-2026
Anar Qasımov: Qələbə ruhu ilə strateji hədəflərə doğru
22:30 / 05-10-2026
Fərdi Ağamalıyev: Azərbaycan tərəqqi və inkişaf yolunda irəliləyir
22:26 / 05-10-2026
Şəhər rahatlığı gündəlik zəhmətdən başlayır — Manaf Manafovun məsuliyyətli fəaliyyəti
22:19 / 05-10-2026
İnsan Həyatının Ən Həssas Nöqtəsində Dayanan Peşəkarlıq – Neyrocərrah Dr. Afər Allahverdiyev
22:16 / 05-10-2026
Suyun Hər Damlasında Məsuliyyət Var – Şəmil Ziyadovun Meliorasiya Sahəsində Fəaliyyəti
22:13 / 05-10-2026
Ticarətdə Etibarın və Keyfiyyətli Xidmətin Ünvanı – “Ordubad Market”in Rəhbəri Toğrul Müəllim
23:01 / 04-10-2026
Ayaz Əliyev: Cəbrayılın yeni dövrü - bərpa, qayıdış və inkişaf
22:59 / 04-10-2026
Elmin Dəqiqliyini Həkim Mərhəməti ilə Birləşdirən Ziyalı – Dr. Həsən Əsədov
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı barədə
Bölməyə aid digər xəbərlər

Azərbaycanın qarşıdakı illərdə iqtisadi inkişafının əsas istiqamətləri, yeni investisiya imkanları və ölkənin regional əhəmiyyəti II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda geniş müzakirə olunub. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın əldə etdiyi iqtisadi nəticələr, mövcud potensialı və gələcək inkişaf üçün qarşıya qoyulan prioritetlər diqqətə çatdırılıb. Son illərdə formalaşdırılan sabit iqtisadi və maliyyə sistemi Azərbaycanın gələcək inkişafı üçün mühüm baza yaradıb. Son 20 ildə ölkəyə 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi, bunun təxminən yarısının xarici investisiyaların payına düşməsi Azərbaycanın investorlar üçün əhəmiyyətini göstərən əsas göstəricilərdən biri kimi təqdim edilib.
İqtisadiyyatın şaxələndirilməsi çıxışın əsas mövzularından olub. Uzunmüddətli və dayanıqlı artım üçün neft-qaz sektorundan kənar sahələrin inkişafının vacibliyi vurğulanıb. Bu baxımdan bərpaolunan enerji, logistika, nəqliyyat, mədənçilik, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və süni intellekt əsas perspektivli istiqamətlər kimi qeyd edilib.
Bərpaolunan enerji sahəsində Azərbaycanın böyük imkanlara malik olduğu bildirilib. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının olduğu, günəş və külək elektrik stansiyalarının inkişaf etdirildiyi qeyd olunub. Yeni enerji ötürücü xətlərin və enerji saxlanc sistemlərinin yaradılması ilə Azərbaycanın elektrik enerjisi ixrac edən ölkələrdən birinə çevrilməsi hədəflənir.
Nəqliyyat və logistika da ölkənin iqtisadi inkişafında mühüm yer tutur. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin üzərində yerləşməklə mühüm tranzit imkanlarına malikdir. Dəmir yollarına, avtomobil yollarına, limanlara və hava nəqliyyatına yatırılan investisiyalar bu imkanların daha da genişləndirilməsinə xidmət edir. Tranzit daşımaların həcminin 2030-cu ilədək 25 milyon tona çatdırılması nəzərdə tutulur.
Çıxışda neft-qaz sektorunun da yaxın illərdə Azərbaycan iqtisadiyyatında mühüm rolunu qoruyacağı bildirilib. “Exxon” və “Total” şirkətləri ilə yeni layihələr, neft-qaz hasilatının artırılması və əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi bu siyasətin əsas istiqamətlərindən biri kimi göstərilib.
Digər mühüm istiqamət rəqəmsal transformasiya və insan kapitalının inkişafıdır. Süni intellekt, data mərkəzləri, kibertəhlükəsizlik və müasir texnologiyalarla yanaşı, bu sahələr üçün peşəkar kadrların hazırlanmasının vacibliyi vurğulanıb. Xaricdə təhsil proqramları və yeni təhsil təşəbbüsləri də insan kapitalının gücləndirilməsi baxımından əhəmiyyətli addımlar kimi təqdim olunub.
Beləliklə, çıxışda Azərbaycanın gələcək iqtisadi inkişaf modeli daha çox şaxələndirmə, enerji, logistika, rəqəmsallaşma və insan kapitalı üzərində qurulur. Əsas məqsəd mövcud imkanlardan səmərəli istifadə etməklə qeyri-neft sektorunu və ölkənin beynəlxalq iqtisadi mövqeyini daha da gücləndirməkdir.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin Tarix müəllimi Pərvin İbrahimova
Tarix: 29-09-2026, 09:50
Bölməyə aid digər xəbərlər
29-09-2026, 09:46
Azərbaycanın Yeni İqtisadi Yüksəliş Xətti: Cənab Prezident İlham Əliyevin İnvestisiya Strategiyasında Gələcəyin Konturları
25-12-2025, 23:12
Mürsəl Eminov: “Zəfərdən suverenliyə - Prezident İlham Əliyevin quruculuq strategiyası”
24-12-2025, 00:18
Vüsal Hüseynov: Qələbəmizin və İnkişafımızın Simvolu
29-09-2026, 09:48
Azərbaycanın yeni investisiya gündəliyi və regional iqtisadi imkanları
18-12-2024, 14:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.