Müstəqillikdən Güclü Dövlətə: Azərbaycanın Yeni Tarixinin Başlanğıcı”

Müstəqillikdən Güclü Dövlətə: Azərbaycanın Yeni Tarixinin Başlanğıcı”


Azərbaycan tarixində mühüm siyasi hadisə ilə yadda qalmışdır. Həmin tarixdə Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu hadisə ölkənin müstəqillik tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. 1993-cü ildə Azərbaycanın qarşısında dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi, iqtisadiyyatın bərpası, təhlükəsizlik və dövlət institutlarının möhkəmləndirilməsi kimi mühüm vəzifələr dayanırdı. Rəsmi tarix mənbələrində Heydər Əliyevin həmin dövrdə müəyyən etdiyi əsas istiqamətlər sırasında müstəqil dövlət quruculuğu, təhlükəsizliyin və ərazi bütövlüyünün təmin edilməsi, iqtisadi inkişaf, demokratik inkişaf, beynəlxalq əlaqələrin qurulması və dünya birliyinə inteqrasiya göstərilir.
Heydər Əliyevin siyasi fəaliyyətində milli dövlətçilik ideyası xüsusi yer tuturdu. Onun çıxışlarında Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etdirilməsi, xalqın öz taleyinin sahibi olması və milli maraqların qorunması əsas prinsiplər kimi vurğulanırdı. Bu yanaşma müstəqilliyin yalnız dövlət atributlarının mövcudluğu deyil, həm də bu yanaşma müstəqilliyin yalnız dövlət atributlarının mövcudluğu deyil, həm də siyasi, iqtisadi və hüquqi baxımdan müstəqil qərarlar qəbul etmək imkanına malik güclü dövlət quruculuğu ilə əlaqələndirilirdi.
1993-cü ildən sonrakı dövr dövlət idarəçiliyinin möhkəmləndirilməsi və siyasi-iqtisadi islahatların həyata keçirilməsi ilə xarakterizə olunur. Dövlət quruculuğunun inkişafı, qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi sabitliyin yaradılması və xarici investisiyaların cəlb edilməsi istiqamətində mühüm addımlar atıldı. Rəsmi mənbələrdə 1993–2003-cü illər dövlət quruculuğu və fundamental islahatlar baxımından mühüm mərhələ kimi təqdim edilir.
Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi də həmin dövrün əsas istiqamətlərindən biri idi. Xarici siyasətdə milli maraqlara əsaslanan yanaşma, müxtəlif dövlətlərlə əlaqələrin genişləndirilməsi və Azərbaycanın dünya birliyinə inteqrasiyası ölkənin beynəlxalq
Mövqeyinin gücləndirilməsinə yönəlmişdi. Bu baxımdan Heydər Əliyevin peşəkar idarəçilik təcrübəsi və diplomatik fəaliyyəti Azərbaycanın beynəlxalq əlaqələrinin formalaşmasında mühüm rol oynayan amillərdən biri kimi qeyd olunur.
Heydər Əliyevin dövlətçilik irsində dayanıqlı inkişaf, milli birlik, qanunun aliliyi, dövlət müstəqilliyinin qorunması və Azərbaycanın gələcəyinin təmin edilməsi ideyaları mühüm yer tutur. Onun müxtəlif illərdə söylədiyi fikirlərdə Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olması, dövlətçilik ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi xüsusi vurğulanmışdır.
Beləliklə, 3 oktyabr 1993-cü il Azərbaycan dövlətçiliyinin müasir tarixində əlamətdar tarixlərdən biri kimi yadda qalır. Bu tarixdən sonrakı dövrdə dövlət quruculuğu, siyasi və iqtisadi sabitliyin möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və Azərbaycanın inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində mühüm proseslər baş vermişdir. Bu tarixi mərhələnin öyrənilməsi gənc nəslin dövlətçilik tariximiz, milli dəyərlərimiz və müstəqilliyin əhəmiyyəti haqqında biliklərinin artırılması baxımından əhəmiyyətlidir.

Maştağa qəsəbəsi,C.Cabbarlı adına 187 nömrəli tam orta ümumtəhsil məktəbin psixoloqu Aytac Həsənova


Tarix: Bu gün, 10:11


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031