YAP dünənin, bu günün və gələcəyin partiyasıdır

YAP dünənin, bu günün və gələcəyin partiyasıdır


Hər bir siyasi təşkilatın gücü onun keçdiyi tarixi yolla, xalqın etimadı ilə və gələcəyə baxışı ilə səciyyələnir.Yeni Azərbaycan Partiyası da yarandığı gündən Azərbaycanın siyasi həyatında mühüm yer tutan,ölkəmizin dövlətçilik tarixi ilə sıx bağlı olan siyasi qüvvədir.1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin mürəkkəb siyasi şəraitində tarixi zərurətdən irəli gəlirdi. Həmin dövrdə xalqın sabitliyə, güclü liderliyə və aydın siyasi strategiyaya ehtiyacı var idi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi,siyasi uzaqgörənliyi və xalqın ona olan inamı YAP-ın qısa müddətdə böyük ictimai dəstək qazanmasına gətirib çıxardı. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda siyasi sabitliyin təmin olunması, iqtisadi inkişafın əsaslarının yaradılması müstəqil dövlətçiliyimizin gələcək inkişafına zəmin yaratdı.Bu gün həmin siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.Azərbaycanın iqtisadi gücünün artması, beynəlxalq nüfuzunun yüksəlməsi, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətimizin qazandığı tarixi nailiyyətlərdəndir.Bu uğurlar həm də qarşıda yeni hədəflər müəyyənləşdirir. Müasir dövrdə hər bir siyasi təşkilat zamanın çağırışlarına uyğunlaşmalı,cəmiyyətin gözləntilərini nəzərə almalı və yeniliyə açıq olmalıdır. Bu baxımdan YAP-ın fəaliyyətində gənclərin iştirakı xüsusi əhəmiyyət daşıyır. Çünki savadlı, təşəbbüskar,milli dəyərlərə bağlı və müasir düşüncəli gənclər Azərbaycanın gələcəyini formalaşdıran əsas qüvvədir.Partiyanın qarşısında duran mühüm vəzifələrdən biri də Ulu Öndər Heydər Əliyevin siyasi irsini qorumaqla yanaşı,bu irsi yeni dövrün tələblərinə uyğun inkişaf etdirməkdir. “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” ifadəsi təsadüfi deyil. Dünən onun tarixi təməli və dövlətçilik təcrübəsi,bu gün əldə olunan nailiyyətlərdə iştirakı,gələcək isə yeni məqsədləri və gənc nəslə bəslənən inamı ilə səciyyələnir. Əslində güclü siyasi təşkilat keçmişinin uğurları ilə kifayətlənməyən,bu günün məsuliyyətini daşıyan və gələcəyin çağırışlarına hazır olan təşkilatdır.Yeni Azərbaycan Partiyasının siyasi yolunun əsas mahiyyəti də dünənin təcrübəsini, bu günün reallıqlarını və sabahın hədəflərini vahid məqsəd ətrafında birləşdirməkdir.

 Sabunçu rayonu, 71 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Fərqanə Mikayılova


Tarix: Bu gün, 08:59


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30