Azərbaycan növbədənkənar prezident seçkilərinə hazırlaşır. Seçkilərə təxminən 2 ay kimi bir vaxt qalıb. Suverenliyini tam şəkildə təmin edən Azərbaycanda seçkilər ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Təxminən 30 il işğal altında qalmış tarixi torpaqlarımızda məntəqələr açılacaq, seçki qutuları quraşdırılacaq.
Bu yerlərdə yaşayan, qurub-yaradan, əmək fəaliyyəti ilə məşğul olan insanlar səs verəcəklər. Bu dəfə daha güclü , tam müstəqil Azərbaycan üçün seçki məntəqələrinə üz tutacaqlar. Yeni reallıqlar yaradan Azərbaycanın gələcək rəhbərini seçəcəklər. Bu seçkilərdə Azərbaycan vətəndaşları həmdə artıq qalib ölkənin sakinləri olaraq səs verəcəklər. Verilən məlumatlara görə azad edilmiş ərazilərdə 20 min seçici ilk dəfə səs verərək tarixə düşəcək. Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatlarından sonra regionun siyasi-iqtisadi mənzəsi tamamilə dəyişdi.
Məğlub ölkə, qalib ölkəyə çevrildi. Məhz buna görədə bu seçkiləri Zəfər seçkisi də adlandırmaq olar. Vətən müharibəsindən sonra niyə Xankəndiyə, Xocalıya bayrağımız sancılmadı deyənlər üçün bu gün hər şey gün kimi aydındır. Biz indi ölkəmizin hər bir yerində, hər bir qarışındayıq. Sərhədlərimiz göz bəbəyi kimi qorunur, bu sərhədlər çərçivəsində isə suverenliyimiz artıq tam şəkildə bərpa edilmiş vəziyyətdədir. Baxmayaraq ki, beynəlxalq sənədlərə imza atanlar sonradan verdikləri sözlərini tutmadılar. BMT qərarlarını icra edən Azərbaycan sonradan Qarabağdakı separatçıları ilə bağlı problemi də birdəfəlik həll etdi. Bakıya tankla, avtomat silahla gəlmək istəyənlər indi istintaq təcridxanasında gözləyirlər.
Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində “Miatsum ideyası” bitdi. Qarabağla bağlı hazırlanan bütün planlar yerlə bir oldu. Azərbaycanın 1 nömrəli problemi tam həllini tapdıqdan sonra seçkilərlə bağlı qərar qəbul edildi. Əslində növbədənkənar seçkilərin keçirilməsi praktikası beynəlxalq aləmdə də mövcutdur.
Özünə inanan və xalqının dəstəyinə əmin olan lider yenidən seçkilərlə bağlı qərar qəbul edir. Xüsusi ilə son illər ərzində baş verənlər Azərbaycan Prezidentinin reytinqini həm daxildə, həmdə xaricdə əhəmiyyətli dərəcədə yüksəldib.
Azəbaycan prezidenti dünyanın ən mötəbər tədbirlərinə dəvət edilir, çıxışları dinlənilir. Qlobal problemlərin həllində onun fikirləri öyrənilir. Bir sözlə ötən dövr ərzində Azərbaycan Prezidenti ciddi uğurlara imza atıb. Onun imzası qədər sözünə də əməl edilir. Məhz buna görədə insanlar ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaqdır. Bu seçkilər həmdə xalq qarşısında liderin bir hesabatıdır. Görülən işlərin hesabatı veriləcək, gələcək hədəflər, strategiyalar açıqlanacaq. Bu hədəfləri reallaşdırmaq üçün isə zaman gözləmir. Yeni bir başlanğıc edilib, yeni hədəflərə doğru addımlar atılacaq.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
direktoru Ruhiyyə İbrahimova
Bölməyə aid digər xəbərlər