“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ziyəddin Quliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ziyəddin Quliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev - Bu gün qürur hissi ilə söyləyə bilirik ki, son 20 il ərzində Ölkəmizdə hər bir sahə üzrə sürətli inkşaf hökm sürmüş, qarşıya qoyulmuş bütün vəzifələr ən yüksək səviyyədə icra olunmuşdur. Necə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan 20 il bundan əvvəl Azərbaycan Respublikasının Konstitusiyasına və “Qurani-Kərim”ə əl basaraq Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına and içmişdi, elə də oldu.
Bəli, bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin, müstəqilliyimizi təmin edəcək dərəcədə güclü iqtisadiyyat, güclü ordu yaradıldı. Dövlət başçımızın apardığı mükəmməl iqtisadi siyasət sayəsində öz iqtisadi müstəqilliyini təmin edən Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Təsadüfi deyil ki, artıq Azərbaycanla dünyada hesablaşırlar, Azərbaycanın mövqeyi nəinki regionda, hətta daha böyük coğrafiyada diqqətlə izlənilir və böyük məna daşıyır. Azərbaycan ordusunun dünyada yaranmış bu imici təbii ki, üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etməsi, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə erməni seperatçılarının torpaqlarımızdan təmizlənməsi sayəsində formalaşıb.
Cari ilin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan Prezident İlham Əliyevin xalqa müraciəti tarixi bir çıxış idi. Bu müraciət 20 il əvvəl etimad göstərdiyi, inandığı, inandığı üçün də böyük səs çoxluğu ilə seçdiyi liderinin qədirbilən xalqına bir növ hesabatı idi. Necə ki, Prezident İlham Əliyev Ulu Öndərin Qəbri üstünə gəlib Şuşanın azad olunması haqqında hesabat verdi, ata vəsiyyətini yerinə yetirməyin xoşbəxtliyini yaşadı, eləcə də bu gün Azərbaycan xalqına 20 il əvvəl seçilən zaman verdiyi bütün vədlərin həyata keçirildiyinin hesabatı idi bu müraciət. Azərbaycan xalqı da bu xoşbəxtlikdən öz nəsibini aldı, Xankəndi şəhərində Dövlət Bayrağımızın dalğalanmasının qürurunu yaşadı. Həm də bu qaldırılan bayraq, Qalib Sərkərdənin Qarabağ salnaməsinin epiloqu, “Qarabağ Azərbaycandır” ifadəsinin “nida”sı oldu.
Möhtərəm prezidentimiz İlham Əliyevin 15 oktyabr tarixli Qarabağ səfəri bir daha gözlər önünə sərdi ki, biz təkcə torpaqlarımızı geri qaytarıb ərazi bütövlüyümüzü təmin etməmişik, biz həm də öz ləyaqətimizi bərpa etmişik.
Bunu Xankəndi şəhərində, Sərsəng su anbarının ərazisində, Ağdərə şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində Dövlət Bayrağının ucaldılması mərasimlərində bütün dünyaya nümayış etdirən dövlət başçımız həm də onu göstərdi ki, Azərbaycan xalqının doğma torpaqlara böyük köçü başlayıb, Azərbaycan Bayrağı Qarabağ səmasında artıq sonsuzadək dalğalanacaq, Azərbaycan xalqı sonsuzadək bu torpaqlarda yaşayacaq.
20 oktyabr energetiklərin peşə bayramı günü Energetika Nazirliyi, “AzərEnerji” və “Azərişıq” ASC-lərin rəhbər heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarər edib, Ümummilli Liderin abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Şəhidlər xiyabanı da ziyarət olunub.
Daha sonra “AzərEnerji”nin Baş İdarəetmə Mərkəzində Energetiklər Günü ilə bağlı tədbir keçirilib. “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev çıxış edərək builki energetiklər gününün çox əlamətdar vaxta təsadüf etdiyini bildirib. - “Əvvəla ona görə ki, 5 gün əvvəl 15 okyabr tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev şanlı bayrağımızı Xankəndi, Ağdərə, Xocalı, Xocavənd rayonlarında ucaltdı. Digər tərəfdən, məhz həmin gün, 15 oktyabr tarixi həm də cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə təsadüf edirdi. Həmin 20 il ərzində Azərbaycan dövləti tarixi boyu heç zaman bu qədər inkişaf etməyib və bu qədər güclü olmayıb. Bütün sahələrdə olduğu kimi elektroenergetikamızın bugünkü səviyyəyə çatması, Azərbaycanın sayılıb-seçilən enerji dövləti titulunu alması, ən müasir texniki avadanlıqlarla təchiz olunaraq rəqəmsallaşdırılması, alternativ və bərpa olunan enerjinin prioritet sahəyə çevrilməsi, qırxa yaxın yeni elektrik stansiyasının tikilməsi, yüzdən artıq yarımstansiyanın tikilərək yenidən qurulması, min kilometrlərlə müxtəlif gərginlikli ötürmə xətlərinin çəkilməsi, hazırda ölkədə istehsal olunan enerjinin 20 faizə yaxın hissəsinin ixrac edilməsi və digər bu kimi məsələlər cənab Prezident İlham Əliyevin davamlı enerji strategiyasının həyata keçirilməsinin təzahürüdür”.
Baba Rzayev bildirib ki, cənab Prezident İlham Əliyevin xüsusi diqqəti və enerji strategiyasına uyğun olaraq bu günə kimi Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə yarımstansiya tikilərək istismara verilib və 700 km-dən artıq 330 və 110 kV-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100 faiz enerji çatdırılıb. Ən əsası bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Eyni zamanda cənab Prezidentin işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq bu günə kimi 14 yerdə su elektrik stansiyası tikilərək yenidən qurulub və hazırda 3 SES-də işlər tamamlanır və 9 yerdə tikinti davam edir. Eyni zamanda Suverenliyimiz bərpa edilən ərazilərdə stansiya və yarımstansiyalar bərpa edilir.
Tədbirdə çıxış edənlər bildirib ki, bu gün Azərbaycanın energetika sektoru dünyanın bir çox ölkələrinə, o cümlədən inkişaf etmiş ölkələrinə nümunə göstəriləcək səviyyədədir. Bu isə heç şübhəsiz, cənab Prezident İlham Əliyevin elektroenergetika ilə bağlı həyata keçirdiyi uğurlu enerji strategiyasının, davamlı diqqət və qayğısının nəticəsidir.
Bütün bunlara görə çoxminlik “AzərEnerji” kollektivi adından Cənab Prezidentə xüsusi minnətdarlıq və sonsuz təşəkkürlər ifadə olunub.
Bölməyə aid digər xəbərlər