12:14 / 28-01-2025
Baş nazir QƏRAR İMZALADI
Ağ xalatlı, şəfalı əllər sahibi

 

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan EGE Hospitalının Uroloq-Androloqu Dr. Elnur Hüseynov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Təhsil:
2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmiş,
2008 -2010-cu illərdə Ukraynanın Kiyev şəhərində yerləşən P.L.Şupik adına Ukrayna Milli Diplomdan sonrakı Təhsil Tibb Akademiyasında urologiya andrologiya ixtisası üzrə klinik ordinatura keçmiş,
2010-2013 illərdə Ukraynanın Urologiya və Seksalogiya institutunda aspirantura təhsili almışdır.

Uroloq-androloq Elnur Hüseynov 1984-cü ildə Azərbaycanın Lənkəran rayonu Haftoni kəndində anadan olub.
Hüseynov Elnur Fərman oğlu 2002-2008 ci illərdə Azərbaycan Tibb Unversitetinin Müalicə-Profilaktika fakultəsində ali tibbi təhsil alıb.
2008 -2010 cu illərdə Ukraynanın Kiyev şəhərində yerləşən Şupik adına Diplomdan sonraki Akademiyasında Uralogiya-andralogiya ixtisasi uzrə klinik ardinatura,
2010-2013 illərdə Elnur Hüseynov Ukrayna Urologiya və Seksalogiya İnstitutunda aspirantura təhsili almışdır.
Dünyanın bir cox yerlərində təskil olunan urologiya-andrologiya ixtisasi üzrə
konqress ve simpozimlarinda iştirak edib müvafiq sertifikatlarla təltif edilmişdir.

ƏMƏK FƏALİYYƏTİ:
Doktor Elnur Hüseynov 2015 – 2018-ci illər ərzində Med House klinikasında baş həkim və uroloq-androloq kimi fəaliyyət göstərmişdir.
2018-ci ildən 2020-ci ilin Mart ayına qədər Medical Plaza klinikasında uroloq-androloq işləmişdir.
2020-ci ilin Mart ayından etibarən Elnur Hüseynov  EGE HOSPİTAL- da uroloq-androloq işində çalışır.

DOKTOR ELNUR HÜSEYNOVUN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:
Uroloq- androloq, Ukrayna tibb elimləri namizədi Hüseynov Elnur həkim tərəfindən
Cinsi zəiflik,
Başqa sözlə sərtləşmə problemləri,
Erektil disfunksiya, impotensiya
Kişi sonsuzluğu
Prostatit,
Erkən boşalma,
Cinsi yolla yayılan infeksiyalar,
Prostatın adenoması,
Peyroni xəstəliyi kimi problemlər
müvəffəqiyyətlə müalicə olunur.

Dr. Elnur Hüseynov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

EGE Hospitalının Uroloq-Androloqu Dr. Elnur Hüseynov - Cəmiyyətin, sağlam ictimai mühitin formalaşmasında səhiyyənin rolu böyükdür. Bir neçə ildir ki, Azərbaycan səhiyyəsi həm dövlət, həm də özəl sektorun inkişa­fı ilə yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə ötən 10 ilə yaxın dövrdə iqtisadi irəliləyiş səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problem­lərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərin­dən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir.

Səhiyyə sistemində aparılan isla­hatların mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında məcburi tibbi sığortanın tətbiq edilməsi yönün­də aparılan işlərdir. Bu məqsədlə bey­nəlxalq praktika öyrənilib, qanunvericilik bazası hazırlanıb. Hazırda ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün, həmin xidmətlərə əhalinin əlçatan­lığını təmin etmək məqsədi ilə icbari tibbi sığortanın tətbiqi həyata keçirilir. İcbari tibbi sığorta sisteminə əsasən, pensiya­çılar üçün tibbi sığorta haqqını Dövlət Sosial Müdafiə Fondu, işləməyən vətən­daşlar və sosial yardım alanlar üçün isə dövlət ödəyir. Nəticədə ölkə əhalisinin bütün təbəqələri tibbi sığorta xidmətləri şəbəkəsinə cəlb edilib və vətəndaşların səhiyyə xidmətlərinə əlçatanlığı təmin olunub.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində vətən­daş amilinin dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq edir. Bu gün ölkəmizdə Mərkəzi Klinika, Talassemi­ya Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi, Qafqazda ən böyük tibb müəssisəsi–Yeni Klinika, Tibb Universitetinin klinikaları, paytaxtda və bölgələrdə ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri, digər çoxsaylı dövlət və özəl tibb müəssisələ­ri əhaliyə lazımi tibbi xidmət göstərir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensi­alının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artı­rılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmə­tin səviyyəsinin və əməkhaqlarının yük­səlməsinə təsir edir.

Bu günlərdə Qərbdə mənzillənmiş bəzi siyasi dairələrin anti-Azərbaycan ritorikalarının daha da gücləndiyi müşahidə olunur. Görünən odur ki, COP29-un Azərbaycan keçirilməsi, ölkənin növbəti beynəlxalq uğura imza atması erməni təəsübkeşi olan həmin siyasi dairələri dərindən qıcıqlandırır. Avropa Parlamenti (AP) tərəfindən oktyabrın 24-də “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamənin qəbulu da COP29 ərəfəsində anti-Azərbaycan dairələrin fəallaşmasının göstəricisidir.

Avropa Parlamentinin Avropanın problemlərini kənara qoyaraq, ölkəmizə qarşı hücuma keçməsi bir daha bu qurumun erməni lobbisinin əlində alətə çevrilməsindən xəbər verir. Təsadüfi deyil ki, Ermənistanın Azərbaycana təcavüzü, 30 il torpaqlarımızın işğal altında qalması, bu müddətdə ərazilərimizin talan edilməsi, vandallığa məruz qalması, tarixi, dini və mədəni abidələrinin dağıdılması və ya erməniləşdirilməsi, Xocalı, Qaradağlı, Başlıbel soyqırımılarının törədilməsi, bütövlükdə, ermənilərin Azərbaycan ərazilərində törətdikləri insanlıq əleyhinə cinayətləri və vəhşiliklər bir dəfə də olsun Avropa Parlamenti tərəfindən qınağa məruz qalmayıb.

Lakin dəfələrlə Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamələr və digər sənədlər qəbul edib. Bəzən bir il ərzində ölkəmizlə bağlı böhtanla dolu bir neçə qətnamə qəbul olunub. Xüsusən Azərbaycan beynəlxalq tədbirlər ərəfəsində olanda və ya hansısa uğura imza atanda Avropa Parlamenti tərəfindən ölkəmiz əleyhinə qərəzli sənədlərin qəbulu daha intensiv xarakter alıb.

Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul olunmuş sonuncu qətnaməni ətraflı şəkildə təhlil etdikdə biz burada da çoxsaylı qərəzli və böhtan xarakterli müddəaları görürük. Azərbaycan Avropa Parlamentinin üzvü deyil. Ona görə ölkəmiz üzvü olmadığı hər hansı təşkilatın qəbul etdiyi sənədlərə görə öhdəlik daşımır. Bu təşkilatın ölkəmizə qarşı şər və böhtan kampaniyasına tutarlı cavablar həmişə vaxtında verilib. Xüsusən Prezident İlham Əliyevin müdrik siyasəti, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın artan nüfuzu nəticəsində Avropa Parlamentində ölkəmizin əleyhinə aparılan qarayaxma kampaniyasına qarşı həmişə kifayət qədər dəlillərə söykənən və əsaslandırılmış mövqe nümayiş etdirilib.

Avropa Parlamenti və Avropa İttifaqı əslində bir siyasi mərkəzin təmsilçiləri olsalar da, burada üzv dövlətlərin hər birinin ayrıca marağı və mövqeyi var. Həmin böhtan dolu qətnamənin qəbulu zamanı Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edən deputatlar oldu. Onlar bu sənədin əleyhinə səs veriblər.

Prezident İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş  sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB -2  VİDEO - AZƏRTAC

Avropa Parlamentinin hazırda 700 nəfərdən çox üzvü var. Oktyabrın 24-də sözügedən qətnamənin Avropa Parlamentində müzakirəsi zamanı layihə müəllifləri onun sadə səs çoxluğu ilə qəbul edilməsinə nail olsalar da, səsvermənin göstəricisinə əsasən, buna yekdilliyə nail ola bilməyiblər. Belə ki, Avroparlamentin 120 nəfər üzvü Azərbaycan əleyhinə olan layihəni dəstəkləməyib. Başqa cür desək, heç də bütün deputatlar qətnamənin lehinə səs verməyiblər. O cümlədən dost və tərəfdaşımız olan Avropa İttifaqı (Aİ) dövlətlərinin təmsilçiləri böhtan dolu qətnaməyə əleyhinə səs veriblər. Bitərəf qalanlar da öz mövqeləri ilə əslində anti-Azərbaycan qrupa qarşı çıxıblar.

Bu cür qətnamələr qəbul edilməsinin səbəbi sadəcə AP-də Fransa və Almaniya kimi dövlətləri təmsil edən deputatların sayının çox olmasıdır. AP-nin qaydalarına əsasən deputatlar Avropa İttifaqına üzv dövlətlərin əhalisinin sayına nisbətdə seçilirlər. Bir ölkədən seçilən deputatların sayı maksimum 96 nəfər ola bilər. Əhalisi az olan Aİ üzvləri isə minimum 6 deputatla təmsil oluna bilərlər. Azərbaycana qarşı müzakirə olunan sənədlərə həmişə bir qayda olaraq Avropada erməni lobbisi ilə sıx əlaqəsi olan Fransa, Niderland, Belçika kimi dövlətlərin, o cümlədən Almaniyanın təmsilçiləri səs verirlər. Eyni zamanda, islamofob, antitürk mövqedə dayanan dövlətlərin təmsilçiləri də belə sənədləri dəstəkləyirlər.

Avropa Parlamenti 27 dövləti birləşdirir. Bu 27 dövlətin arasında Azərbaycanla sıx əməkdaşlığı olanlar da var. Bu baxımdan, birincisi, Avropa Parlamentində qəbul edilən bu qətnamədə irəli sürülən müddəaları hansısa formada reallaşdırılması və onların Aİ-nın toplantılarında dəstəklənməsi mümkün deyil. İkincisi, Azərbaycan bu cür təzyiqlər və sanksiya çağırışları ilə ilk dəfə üzləşmir. Ona görə də Azərbaycan Prezidentinin apardığı qətiyyətli siyasət və bizim haqlı mövqeyimiz bütün hallarda anti-Azərbaycan dairələrin bu cür cəhdlərinin puça çıxdığını söyləməyə əsas verir.

Azərbaycana qarşı COP29 ərəfəsində məkrli çağırışların olması, bu cür qərəzli sənədlərin qəbulu bizi öz yolumuzdan döndərə bilməz. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli diplomatiya Azərbaycan əleyhinə olan bütün məkrli və riyakar çağırışların qarşısında etibarlı və sarsılmaz sipərdir.



Tarix: 30-10-2024, 11:47


Bölməyə aid digər xəbərlər