“S&P”: Manatın dollara qarşı məzənnəsi 2028-ci ilə qədər dəyişməyəcək

“S&P”: Manatın dollara qarşı məzənnəsi 2028-ci ilə qədər dəyişməyəcək

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün orta illik inflyasiyanı 2 % səviyyəsində proqnozlaşdırır.

report xəbər verir ki, ötən il Azərbaycanda orta illik inflyasiya 8,8 % təşkil edib.

Agentliyin yenilənmiş proqnozlarına görə, Azərbaycanda orta illik inflyasiya 2025-ci ildə 4 %-ə qədər artacaq, lakin 2026-2027-ci illərdə illik 3 %-ə qədər azalacaq.

Azərbaycanda 2024-cü ilin yanvar-oktyabr aylarında orta illik inflyasiya 1,7 % təşkil edib. İqtisadiyyat Nazirliyi ölkədə orta illik inflyasiyanı 2024-cü il üçün 2,7 %, 2025-ci il üçün 4,6 %, 2026-cı il üçün 4 %, 2027-2028-ci illər üçün isə illik 3,8 % səviyyəsində proqnozlaşdırır.

“S&P” Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin 2024-cü ilin sonuna ÜDM-in 6,9 %-ni (2023-cü ildə ÜDM-in 11,5 %-i) təşkil edəcəyini proqnozlaşdırır.

Agentliyin hesablamalarına görə, cari əməliyyatlar hesabının profisiti 2025-ci ildə ÜDM-in 2,7 %-ni, 2026-cı ildə ÜDM-in 1,2 %-ni təşkil edəcək, 2027-ci ildə isə hesab ÜDM-in 0,2 %-i səviyyəsində kəsirlə olacaq.

“S&P” həmçinin hesab edir ki, 2028-ci ilə qədər manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməyəcək.

"Hökumətin valyuta bazarına mütəmadi müdaxilələri ilə Azərbaycanda dollar-manat nisbətinin 1,7 səviyyəsində saxlayacağını proqnozlaşdırırıq. Bununla belə, karbohidrogen qiymətləri kəskin düşərsə və uzun müddət aşağı qalarsa, hakimiyyətin Mərkəzi Bankın valyuta ehtiyatlarını əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəni tənzimləməyi nəzərdən keçirəcəyini ehtimal edirik", - agentlik vurğulayıb.


Tarix: 7-12-2024, 11:43


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930